İlham Bayramov: “350 milyon kubmetrlik su ehtiyatı yaradılacaq”
Cəmiyyət
11.09.2025 12:29
Su idarəetməsinin inkişafı Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biridir.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində təşkil olunan "Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma" adlı panel müzakirələrində deyib.
O bildirib ki, son illərdə ölkədə irimiqyaslı su layihələri həyata keçirilir:
“Əsas məqsəd əhalinin içməli suya çıxışını yaxşılaşdırmaq və kənd təsərrüfatını müasir suvarma sistemləri ilə təmin etməkdir.
Şərqi Zəngəzur və Qarabağda 10 şəhər və 79 yaşayış məntəqəsinin su ilə təminatı üçün layihələr təsdiqlənib. Bir neçə su anbarının bərpası təmin olunub, o cümlədən Zabuxçay su anbarı yenidən istifadəyə verilib. Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə 350 milyon kubmetrlik su ehtiyatının yaradılması nəzərdə tutulur. Bu məqsədlə infrastrukturun qurulması istiqamətində sistemli işlər davam etdirilir”.
İ.Bayramov Naxçıvandakı su qıtlığının ciddi təhdid yaratdığını və bunun açıq şəkildə hiss olunduğunu diqqətə çatdırıb. O deyib ki, qarşıdakı illərdə Naxçıvandakı layihələrin davam etdirilməsi planlaşdırılır.
Eyni zamanda tullantı sularının təkrar istifadəsi istiqamətində tədbirlər görülür. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həmçinin sel və daşqınlara qarşı mübarizə aparır.
Qiymət Mahir
tag: İlham bayramov,Tədbir,Bakı su həftəsi,Çıxış,Todaypress.tv,