Bahar Muradova: "Komissiyaların fəaliyyəti vahid yanaşma əsasında həyata keçiriləcək"
Cəmiyyət
04.11.2025 10:52
"Əvvəllər yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə orqanı ilə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya birləşdirilib".
TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Dövlət Komitəsinin təklifləri əsasında bu iki qurum birləşdirilərək Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiya adlandırılıb.
Komitə sədri qeyd edib ki, Nazirlər Kabineti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın Katibliyi artıq Dövlət Komitəsi yanında yaradılıb və bu ilin əvvəlindən fəaliyyət göstərir.
"Komissiyaların fəaliyyəti bundan sonra vahid yanaşma əsasında həyata keçiriləcək. Əvvəllər hər komissiya subyektiv qərarlar verirdi. İndi isə Dövlət Komitəsinin dəstəyi ilə bütün bölgələrdə eyni standartlar tətbiq olunacaq. Bu, həm əlaqələndirməni, həm də uşaqlara münasibətdə vahid praktikanı təmin edəcək", - deyə Bahar Muradova vurğulayıb.
Türkan İsgəndərli
tag: Bahar Muradova,Ailə, Qadın və Uşaq,İstanbul,Todaypress.tv,
