Azərbaycan Ermənistana 434 min avro ödədi
2025-ci il ərzində Azərbaycan aviaşirkətləri Ermənistan hava məkanından uçuşlar üçün “Armaeronaviqasiya” şirkətinə 434.316 avro ödəyib.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, ödənişlər müəyyən edilmiş prosedura uyğun olaraq “Avrokontrol”un (Aviasiya Təhlükəsizliyi üzrə Avropa Təşkilatı - red.) mərkəzi ofisi vasitəsilə həyata keçirilib.