ANAMA işəqəbul elan edib

ANAMA işəqəbul elan edib
21.06.2025 12:38 Cəmiyyət

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə xüsusi təyinatlı nəqliyyat vasitələrini idarə etmək məqsədilə “ekskavator operatoru” vəzifəsində işləmək istəyənlər üçün sənəd qəbulu elan edib.

Bu barədə TodayPress TV-yə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, namizədlərin müvafiq vəsiqə və sertifikatları, sözügdən sahədə 2 ilə qədər iş stajı olmalıdır.

Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq sənədləri [email protected] ünvanına göndərməlidir.

Sənəd qəbulu cari ilin 31 avqust tarixinədək həyata keçiriləcək.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər