ADY yağışlı hava şəraiti ilə bağlı məlumat yaydı

ADY yağışlı hava şəraiti ilə bağlı məlumat yaydı
05.11.2025 11:39 Cəmiyyət

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

Bu barədə TodayPress TV ADY-dən məlumat verilib.

Bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkət edir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.

"Sərnişinlərimizi platformalarda hərəkət edərkən, dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırırıq", - ADY-nin məlumatında deyilir.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər