“28 May” metrosundan istifadə edənlərə VACİB XƏBƏR

“28 May” metrosundan istifadə edənlərə VACİB XƏBƏR
09.07.2026 21:31 Cəmiyyət

Bakı Metropoliteninin "28 May" stansiyasının I çıxışında yerləşən 3 saylı eskalator planlı texniki təmir və təftiş işləri ilə əlaqədar müvəqqəti istismardan çıxarılacaq.

Bu barədə TodayPress TV-yə “Bakı Metropoliteni"QSC-dən məlumat verilib.

Bildirilib ki, 2012-ci ildən istismarda olan "Victoria FT-935" tipli eskalatorlarda təhlükəsiz və etibarlı istismarın təmin edilməsi məqsədilə növbəlilik prinsipi əsasında planlı texniki xidmət və təmir işləri aparılır.

Qeyd olunub ki, təmir müddətində sərnişinlərin rahat hərəkətini təmin etmək üçün çıxışda qalan üç eskalator fasiləsiz fəaliyyət göstərəcək.

Məlumata görə, təmir işləri iyulun 10–dan avqustun 1-dək davam edəcək.

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər