Vaşinqtondan ANONS: İranı TƏRK EDİN! – Gizli ssenari işə düşür?

Vaşinqtondan ANONS: İranı TƏRK EDİN! – Gizli ssenari işə düşür?
06.02.2026 16:21 Аналитика

ABŞ hökuməti İranda olan öz vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb və dövlət yardımına arxalanmamağı tövsiyə edib.   

Rəsmi xəbərdarlıqda təhlükəsizlik risklərinin artdığı, ölkədə iğtişaşların intensivləşdiyi, rabitə məhdudiyyətləri və nəqliyyat sistemində qeyri-sabit vəziyyətin hökm sürdüyü vurğulanır. 

ABŞ-nin İrandakı Virtual Səfirliyi vətəndaşlara evakuasiya planlarını müstəqil şəkildə hazırlamağı tövsiyə edib və hökumətin yalnız məhdud dəstək göstərə biləcəyini açıqlayıb. 

Bəs ABŞ-nin təcili çağırışı nəyin anonsudur?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fəqani Məhərrəmli bildirib ki, İran ətrafında baş verən prosesləri Yaxın Şərqdə cərəyan edən hadisələrdən ayrı düşünmək mümkün deyil:


“İran dövləti uzun illər dini, daha doğrusu dini təriqəti siyasətə və qonşu dövlətlərlə münasibətlərdə alət etmək yolu tutub. Təbii ki, bu da bumeranq effekti ilə özünə qarşı yönəlib. Artıq İran ətrafında həlqə tamamilə daralmaq və qapanmaq üzrədir”.

Politoloqun sözlərinə görə, ölkə daxilində də məhz yanlış siyasət səbəbindən etirazlar geniş vüsət almaqdadır:

“Hər nə qədər bu etirazlar zor gücü ilə yatırdılsa da, onların hər an yenidən genişlənmə ehtimalı yüksəkdir. Bu da onu göstərir ki, İran rejimi həm daxildə, həm də beynəlxalq sferada ciddi etibar itirib”.

F.Məhərrəmli qeyd edib ki, son günlər bu etibar itkisi İran hakimiyyətində ciddi çaşqınlıqla müşayiət olunur:

“ABŞ ilə gərginləşən münasibətlər fonunda İranın xarici işlər naziri əvvəlcə Türkiyəyə səfər edərək danışıqların İstanbulda keçiriləcəyinə dair mesaj verdi. Lakin bir-iki gün sonra mövqe dəyişdirildi və görüşün Omanın paytaxtı Maskatda keçiriləcəyi açıqlandı. Bu fakt İranın dini-siyasi və hərbi elitasında ciddi fikir ayrılıqları və dərin etimadsızlıq mühitinin mövcud olduğunu göstərir”.

Ekspertin fikrincə, Maskatda keçirilən ABŞ–İran danışıqları iki ssenari ilə nəticələnə bilər:


“Ya İran ABŞ-nin bütün şərtlərini qəbul edərək ölkənin neft və qaz resurslarının idarə olunmasını amerikalılara təslim edəcək, ya da ABŞ hava qüvvələrinin hədəfinə çevriləcək. ABŞ-nin son anda vətəndaşlarını İranı təcili şəkildə tərk etməyə çağırması tərəflərin danışıqlar masasından ciddi nəticə gözləmədiklərinin əyani sübutu sayıla bilər”.

F.Məhərrəmlinin qənaətincə, İran ətrafında proseslər yeni başlayır:

“Yaxın zaman kəsiyində İran səhnəsində yeni və daha ciddi hadisələrin şahidi olacağımız qaçılmazdır”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Все новости