Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA

Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA
02.06.2026 15:36

Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 15:00-a olan məlumatda qeyd edilib.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 26, Goranboyda 23, Mingəçevirdə 22, Tovuz, Şahdağda 20, Kəlbəcər, Bərdə, Ağdamda 18, Şabran, Tərtərdə 16, Lerik, Oğuz, Şəki, Yevlaxda 15 m/s-yə çatır.

Daşkəsən, Gədəbəy, Gəncə, Mingəçevir, Qəbələ, Balakən, Zaqatala, Şəki, Quba, Şahdağ, Qusar, Qax (Sarıbaş), Şabranda arabir yağış yağır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости