Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart!
Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyası “Güclü Ermənistan” alyansının lideri və Baş nazirliyə namizəd, iş adamı Samvel Karapetyana qarşı iş açıb.
TodayPress TV xəbər verir ki, komissiyanın məlumatına görə, Karapetyan əmlak və gəlirləri ilə bağlı bəyannaməni təqdim etməyib.
Bildirilib ki, bu səbəbdən onun barəsində müvafiq iş açılıb.