Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi

Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi
02.06.2026 13:25

Yeddiqat “Böyük Dəbilqə” turnirləri çempionu, amerikalı tennis əfsanəsi Con Makinroy 23 qat “Böyük Dəbilqə” qalibi Serena Uilyamsın kortlara qayıdışına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Tennis Head” məlumat yayıb.

Makinroy 44 yaşlı tennisçinin qərarının onu təəccübləndirdiyini deyib.

“Düzünü desəm, onun bu yaşda, iki uşaq dünyaya gətirdikdən və artıq qazandığı bütün uğurlardan sonra yenidən qayıtmaq qərarı verməsi məni müəyyən qədər şoka saldı. Bilirəm ki, o, son dəfə böyük turnir qazana bilmədi və bunu bacardığını sübut etmək istəyirdi. Yəqin ki, buna görə müəyyən məyusluq yaşayırdı.

Bununla belə, onun son rəsmi matçının üzərindən təxminən dörd il keçib. Bu, Serena üçün çox ciddi sınaq olacaq. Amma tennis üçün əla xəbərdir. Serena bütün dövrlərin ən böyük tennisçilərindən biridir. Əgər o qayıdırsa, bu, sadəcə oyundan həzz almaq üçün deyil. Məncə, Serena yenidən korta qayıdırsa, bunun yeganə səbəbi daha bir böyük turnir qazanmaq istəyidir”, – deyə Makinroy bildirib.

Qeyd edək ki, Serena Uilyams karyerası ərzində 23 “Böyük Dəbilqə” tituluna sahib çıxaraq qadın tennisinin ən uğurlu idmançılarından biri kimi tarixə düşüb.

Namiq HUN

TodayPress TV