Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Araz-Naxçıvan” bir sıra futbolçularla yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müqavilə müddəti başa çatan Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqeş, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni müqavilə imzalanmayıb.
Klub rəhbərliyi komandadan ayrılan futbolçulara göstərdikləri xidmətlərə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli növbəti mövsümdə də Naxçıvan təmsilçisinin formasını geyinəcək.
Namiq HUN