Kəlbəcərdə rus generalının başı üzərində Azərbaycan bayrağı qaldırıldı - Son iki yüz ilə damğa vuran hadisə

Kəlbəcərdə rus generalının başı üzərində Azərbaycan bayrağı qaldırıldı - Son iki yüz ilə damğa vuran hadisə
28.05.2026 12:02 Təhlil

Azərbaycan Müstəqillik Gününü qeyd edir – 1918-ci ildən keçən 108 il ərzində baş verən daxili və qlobal hadisələr nəticəsində bu xalqın təxminən yarım milyon nəfəri məhv edilib.

Tarix boyu millətlərin yaşa biləcəyi ən böyük qırılmalar və sarsılmalar Azərbaycan xalqının taleyinə düşüb.

İstər 1918-ci il ərəfəsində yaşanan erməni vəhşiliklərinin, istər 1920-də baş verən işğalın, üsyanların, deportasiyaların, dünya müharibələrində ruslar tərəfindən müharibələrə qatılmaların, 80-lərin sonunda başlayan müharibələrin bədəli çox ağır olub.

500 min insanın böyük əksəriyyəti, hardasa 75 faizi sırf gənc oğlan və qızlardan ibarət olub. Bu, bir əsrin ortalama indeksində 3-4 milyonluq xalqın hardasa altıda birinin fiziki məhvi idi.


Çıxarılan ilk tarixi və emosional qiymət elə budur: biz başqalarının savaşında qurban edilmişdik, müstəqil olmaq üçün isə şəhidlik aqibətini yaşamışdıq.

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyinin 108 illiyidir. 6 il əvvəl yaşanan Vətən Savaşı, 3 il öncə reallaşan antiterror əməliyyatı bizə müstəqilliyin yanında Suverenliyin də bərpasını vermişdi.

Bəs ən maraqlı və kurioz sual nə ola bilərdi ki, biz onu müasir tarixin, bizim müstəqillik savaşı tarixinin, lap elə son 200 illik tarixin heyfini çıxa bildik kimi cavablaya bilirik?

Sizə tarixin ən möhtəşəm bir kadrını təqdim edəcəyik:

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olmağa başlayırlar.

Proseslə bağlı Rusiyanın "RIA Novosti" agentliyi xəbər yayır ki, rus sülhməramlıları Kəlbəcərin Azərbaycan hərbçilərinin nəzarəti altına keçməsini təmin ediblər.

Və bu xəbəri zənginləşdirən, tarixə qızıl not kimi salan bir videogörüntü müzakirələrə meydan olur.

Məlumatda elə belə də deyilir: Kəlbəcərdə rus sülhməramlıları ilə Azərbaycan hərbçiləri görüşüb, rus hərbçiləri Azərbaycan əsgərlərinə vəziyyətlə bağlı məlumat verir.


Əslində isə...

Həmin gün baş verənlərlə bağlı Xüsusi Təyinatlı Qüvvələrin siması Coşqun Balayev Axar TV-yə müsahibəsində detalları açıqlayır: o bildirir ki, təhvil-təslim zamanı xəbər gəlir ki, bir qrup silahlı erməni Vəng ərazisini tərk etməyəcəklərinə dair mesaj göndərirlər və döyüşməyə hazır olduqlarını bildirirlər.

Gündüz Səfərlinin rəhbərlik etdiyi mobil qrup üç nəfərlə rus generalının fəaliyyət göstərdiyi zonaya daxil olur və hesabat tələb edir.

Coşqun Vəliyev açıqlayır:

“Gündüz Səfərli ilə ikimiz idik. Yanımızda bizim bayrağı tutan qardaşımız da var idi. Gündüz Səfərli dedi ki, gəlin ruslarla danışaq, görək məsələ nədir. Orada ermənilər varmı, yoxmu? Müdaxilə etmək lazımdırmı, yoxsa yox?

Biz onlara yaxınlaşdıq. Onlardan da iki nəfər bizə tərəf gəldi. Onlardan biri rus generalı idi. Yaxınlaşanda özünü təqdim etdi. Bizim Vətən Müharibəsi qəhrəmanımız Gündüz Səfərli də özünü təqdim etdi.

Rus generalı danışmağa başladı. Dedi ki, mən rus sülhməramlı qüvvələrinin tabor komandiriyəm. Rütbəsini və adını da dedi. Sonra davam etdi: “Mən bura Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasına və təhlükəsizliyin təmin edilməsinə yaxından kömək etmək üçün gəlmişəm".

Mən də onlarla danışırdım, aralarında tərcümə edirdim. Ondan soruşdum ki, sizin postunuz haradadır? Dedi ki, bəli, buradadır. Mən dedim ki, biz də sizdən 100 metr aralıda post quracağıq.

O dedi ki, “Sizə mane olmuruq ki". Mən cavab verdim: “Torpaq bizim torpağımızdır. Buradan heç kim bizi saxlaya bilməz. Bu bizim torpağımızdır".

O güldü. Sonra soruşdu ki, siz xüsusi təyinatlısınız? Vətən Müharibəsi günü gəlmisiniz? Mən dedim: “Bəli, biz xüsusi təyinatlıyıq".

Dayanmadan bizim üstümüzə baxırdı. Sonra dedi: “Əla. Mən burada olmayacağam. Əgər burada olmasam, kapitanım olacaq, onunla danışa bilərsiniz".

Bu zaman Gündüz Səfərli dedi: “Bizə kimləsə danışmaq lazım deyil. Siz buradan nə vaxt gedəcəksiniz, onu deyin. Çünki biz bütün ərazini nəzarətə götürməyə gəlmişik".

O da cavab verdi: “Biz onsuz da gedəcəyik, burada qalmayacağıq".


Biz də orada mövqe tutduq. Sonra vidalaşdıq. O bizə hərbi salam verdi. Döyüş şəraiti olduğuna, qarşımda silahım olduğuna və qarşımdakı şəxs rus olduğuna görə mən salyutu qəbul etmədim, cavab vermədim.

Nə gün idi o gün..."

Görüşdə danışılan mövzunun bir filmə mövzu olması öz yerində, bu dialoq məlum olmasaydı belə, videoda bir detal var: Coşqun Vəliyevin adını açıqlamadığı bayraqdar – hərbçinin görüntüsü.

Ümumi fonda – rus bayrağı yarı erməni, yarı latın qrafikası ilə yazılmış “Dadivank” lövhəsinin üstündə dalğalanır. Aşağıdakı görüşdə, psixoloji savaşda isə qəhrəman hərbçilərimiz ağaca taxılmış bayrağımıza görüş yerinə – görüş yeri də deyil, orda bildiyimiz cəbhə xətti idi və o bayraq da döyüş bayrağı idi – ki, bununla yaxınlaşması, ağac qurusuna, budağında belə olmasına baxmayaraq, bayrağı daşıması savaşın səbrinin, psixoloji üstünlüyünün, varlığının, bir sözlə qalibin meydan oxumasının taa əsrlərdən bəri özü idi.

Rus xəbər agentliyinin iki düşmən xalqın müharibə hekayəsinin üstündən bayrağını relyefin uca nöqtəsində dalğalandırmasına qarşı dayağı torpağa daha yaxın, möhkəm sancılmış, şəhid rənginə bürünmüş simvolun aşkar zəfər şöləni idi.

Sırf o cür də olsa, o bayrağın məhz orda o cür dalğalaması son iki yüz ilə qalib gəlmək, tarixin üstündə bir zəfər qazanıldığını təsdiq etmək üçün mühüm idi.

 

Çünki o bayrağın qaldırılması Kürəkçaya, gəncəli Cavad xanın qatillərinə, Gülüstana, Türkmənçaya, Zəngəzura, 27 Aprelə, 20 Yanvara, 26 Fevrala, Mədətyanlara, o cümlədən Sisiyanovlara, Yermolovlara, rus çəkmələrinin altında əzilən tarixə, bir sözlə bu coğrafiyadan bizi silib atmağa hesablanmış 200 illik epoxaya birdəfəlik son qoymaq hadisəsi baş vermişdi.

Bu gün Azərbaycan müstəqillik gününü qeyd edir, yeri gəlmişkən, Müzəffər rəhbərin qaldırdığı, qalib dövlətin bayrağının boyu daha uzun görünür, kim hardan baxsa, görə biləcək qədər göylərdə dalğalanır.

Müəllif: Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Rumıniya Rusiya təhdidinə qarşı mübarizəni gücləndirir 20:45 Все новости