Britaniya Yaxın Şərqə QOŞUN YERİDİR?: "Müdafiə" adı altında...

Britaniya Yaxın Şərqə QOŞUN YERİDİR?: "Müdafiə" adı altında...
01.04.2026 11:47 Təhlil

Böyük Britaniya Yaxın Şərqdə İranın hücumlarına qarşı müdafiə tədbirlərini gücləndirmək məqsədilə bölgəyə əlavə hərbçilər və hava hücumundan müdafiə sistemləri göndərəcək. Bu barədə ölkənin müdafiə naziri Con Hili məlumat verib.


Qeyd edək ki, daha öncədən də Böyük Britaniya hökuməti Yaxın Şərqdə davam edən münaqişəyə birbaşa qoşulmaq niyyətində olmadığını və yalnız müdafiə xarakterli tədbirlər gördüyünü vurğulayıb.       

Maraqlıdır, bu münaqişəyə qoşulmaq üçün hazırlıq tədbirləri sayıla bilərmi?

Sözügedən məsələni politoloq Züriyə Qarayeva TodayPress TV-yə şərh edib.


O bildirib ki, Böyük Britaniyanın bu addımını birbaşa münaqişəyə qoşulmağa hazırlıq kimi qiymətləndirmək olmaz:   

"Rəsmi London bildirir ki, bölgəyə əlavə qüvvələrin göndərilməsinin məqsədi preventiv və müdafiə xarakteri daşıyır. Xüsusilə Böyük Britaniya kimi aktorlar belə situasiyalarda ilk növbədə öz hərbi kontingentlərini, bazalarını və müttəfiqlərini qorumağa fokuslanırlar. Hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi də əsasən mümkün raket və dron təhdidlərinin qarşısını almağa yönəlib ki, bu da hücum deyil, risklərin idarə edilməsi strategiyasına uyğundur". 

Analitikin fikrincə, bununla belə, bu kimi addımlar dolayısı ilə hərbi eskalasiyaya hazırlıq elementlərini də ehtiva edə bilər: 


"Çünki regionda hərbi infrastrukturun gücləndirilməsi, şəxsi heyətin artırılması və müdafiə sistemlərinin yerləşdirilməsi zərurət yarandığı halda daha sürətli və çevik müdaxilə imkanları formalaşdırır. Yəni rəsmi olaraq müdafiə xarakteri daşısa da, praktik baxımdan bu, potensial iştirak üçün operativ baza qurmaq anlamına gəlir. Bu kontekstdə Böyük Britaniya bir tərəfdən münaqişədən kənarda qalmağa çalışır, digər tərəfdən isə vəziyyətin kəskinləşəcəyi təqdirdə passiv müşahidəçi mövqeyində qalmamaq üçün ehtiyatlı şəkildə öz mövqelərini möhkəmləndirir".  

Qeyd edək ki, ABŞ və İsrail İrana qarşı fevralın 28-də hərbi əməliyyatlara başlayıblar. ABŞ Prezidenti Donald Trampın təkliflərinə baxmayaraq, Britaniya Baş naziri Kir Starmer bildirib ki, ölkə müharibəyə qoşulmayacaq, lakin regiondakı maraqlarını və müttəfiqlərini qorumaqda davam edəcək.  

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Все новости