İyunda dünya bazarlarında neft 10%-dən çox bahalaşıb

İyunda dünya bazarlarında neft 10%-dən çox bahalaşıb
03.07.2025 11:33 Sənaye və energetika

Bu ilin ikinci rübündə (aprel-iyun ayları) dünya bazarlarında “Brent” etalon markalı neftin bir barelinin orta qiyməti 67,8 ABŞ dolları təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisi (84,9 dollar) ilə müqayisədə 20,1% azdır.

TodayPress TV bu barədə Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ilin birinci rübününü göstəricisi (75,6 dollar) ilə müqayisədə aprel-iyun aylarında “Brent”in qiyməti 10,4% azalıb.

Bildirilir ki, cari ilin iyununda “Brent”in orta qiyməti 71,5 dollar səviyyəsində olub, bu da mayın göstəricisi (64,2 dollar) ilə müqayisədə 11,4% çoxdur.

Hesabatda qeyd olunur ki, 2024-cü ildə “Brent” neftinin orta qiyməti 80,7 dollar səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi (82,6 dollar) ilə müqayisədə 2,3% azdır.

Məlumata görə, cari ilin aprel-iyun aylarında WTI (West Texas Intermediate) etalon markalı neftin bir barelinin orta qiyməti 63,9 ABŞ dollarına bərabər olub, bu da 2024-cü ilin ikinci rübünün göstəricisi (80,8 dollar) ilə müqayisədə 20,9% azdır. Cari ilin birinci rübünün göstəricisi (71,4 dollar) ilə isə müqayisədə apre-iyun aylarında WTI neftinin qiyməti 10,5% azalıb.

Hesabatda deyilir ki, cari ilin iyununda WTI-ın orta qiyməti 67,5 dollar olub, bu da öncəki ayın göstəriicisi (61 dollar) ilə müqayisədə 10,7% artım deməkdir.

Qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 75,8 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (77,7 dollar) ilə müqayisədə 2,4% azdır.

XƏBƏR LENTİ
03 IYUN 2026
Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Diş fırçası ilə bağlı bir çox insanın etdiyi SƏHV: İnfeksiya riskini artırır 00:01 Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verildi 23:45 Moskvadan Londona cavab - beş britaniyalı sanksiya siyahısına salındı 22:25 "Meta"nın söhbət robotu "Instagram" hesablarını ələ keçirir - KİV 22:53 Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər 22:39 Roman Qofman "Mossad"ın rəhbəri vəzifəsinin icrasına başladı 00:48 Avropa çempionatı: Yarımfinal cütləri dəqiqləşib, Azərbaycan millisinin rəqibi bəlli olub 01:24 Bütün Xəbərlər