Baş Prokurorluq Ağdamda regional konfrans keçirdi - YENİLƏNDİ

Baş Prokurorluq Ağdamda regional konfrans keçirdi - YENİLƏNDİ
15.07.2025 16:36 Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə ölkə üzrə prokurorluq orqanları tərəfindən silsilə tədbirlər həyata keçirilir.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumta verilib.

Bu tədbirlərin davamı olaraq, iyulun 15-də işğaldan azad olunmuş Ağdam şəhərində yerləşən “Aghdam City Hotel”də Baş Prokurorluğun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Təməli” mövzusunda regional konfrans keçirilib.

Konfransda 9 rayon (şəhər) prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşları, dövlət və qeyri-hökumət təşkilatları, media qurumları, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin Ağdam şəhərində ucaldılmış abidəsini ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ulu Öndər Heydər Əliyev və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yalnız infrastrukturla məhdudlaşmır, burada hüquqi dövlətin və konstitusion prinsiplərin bərqərar olunması istiqamətində də mühüm addımlar atılır. Konstitusiya ilə təsbit olunmuş vətəndaş hüquqlarının təmin edilməsi, qanunun aliliyinin qorunması və ictimai institutların fəal iştirakı bölgənin dayanıqlı inkişafı üçün əsas şərt kimi dəyərləndirilib.

Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov isə çıxışında bildirib ki, hüquqi dövlətin təməl prinsiplərindən biri ədalətli və şəffaf istintaq prosesinin təmin edilməsidir. O qeyd edib ki, Konstitusiya və suverenlik anlayışları hüquq-mühafizə orqanlarının fəaliyyətində əsas meyarlar kimi çıxış edir və bu çərçivədə cinayətlərin obyektiv araşdırılması, insan hüquq və azadlıqlarının qorunması prokurorluq orqanlarının başlıca vəzifələrindəndir. İşğaldan azad olunmuş ərazilərdə hüquqi mühitin formalaşdırılması isə bu bölgələrdə hüquqi dövlət quruculuğuna ciddi töhfə verir.

Daha sonra çıxış edən Ağdam rayon prokuroru Vasif Süleymanov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Ədliyyə Akademiyasının kafedra müdiri, hüquq elmləri doktoru Mətanət Əsgərova, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Umud Mirzəyev və Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin nümayəndəsi Neymət Rüstəmli işğaldan azad olunmuş ərazilərdə hüquqi maarifləndirmə, ictimai nəzarət mexanizmləri və hüquqi dövlət quruculuğunda medianın və vətəndaş cəmiyyətinin rolu kimi aktual məsələlər ətrafında çıxış ediblər.

Konfrans çərçivəsində dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında əməkdaşlığın gücləndirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və hüquqi maarifləndirmə strategiyalarının təkmilləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. İştirakçılar vətəndaşların hüquqi biliklərinin artırılması və hüquqi informasiyanın operativ və dəqiq şəkildə cəmiyyətə çatdırılmasının vacibliyini xüsusi olaraq vurğulayıblar.

Tədbirin sonunda “Xalqın adamı” adlı sənədli film nümayiş etdirilib, ümummilli lider Heydər Əliyevin konstitusiya quruculuğundakı rolu və müasir suveren dövlətçiliyin formalaşmasındakı xidmətləri bir daha xatırlanıb. 

Sonda xatirə fotoşəkili çəkilib.

***

11:03

"Konstitusiya və Suverenlik İli” çərçivəsində Baş Prokurorluq tərəfindən işğaldan azad olunmuş Ağdamda regional konfrans təşkil olunub.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə ölkə üzrə prokurorluq orqanları tərəfindən silsilə tədbirlərin davamı olaraq, bu gün işğaldan azad olunmuş Ağdam şəhərində yerləşən “Aghdam City Hotel”də Baş Prokurorluğun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Təməli” mövzusunda regional konfrans keçirilir.

Konfransda 10-a yaxın regionun prokurorluq orqanlarının media ilə işləməyə məsul əməkdaşları, dövlət və qeyri-hökumət təşkilatları, media qurumları, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edirlər.

Tədbirdən öncə konfrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin Ağdam şəhərində ucaldılmış abidəsini ziyarət ediblər.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov və digər rəsmilər iştirak edir.

FOTOLAR

Baş Prokurorluq Ağdamda regional konfrans keçirdi - YENİLƏNDİ — 1
Baş Prokurorluq Ağdamda regional konfrans keçirdi - YENİLƏNDİ — 2
Baş Prokurorluq Ağdamda regional konfrans keçirdi - YENİLƏNDİ — 3
Baş Prokurorluq Ağdamda regional konfrans keçirdi - YENİLƏNDİ — 4
Baş Prokurorluq Ağdamda regional konfrans keçirdi - YENİLƏNDİ — 5
Baş Prokurorluq Ağdamda regional konfrans keçirdi - YENİLƏNDİ — 6
Baş Prokurorluq Ağdamda regional konfrans keçirdi - YENİLƏNDİ — 7
Baş Prokurorluq Ağdamda regional konfrans keçirdi - YENİLƏNDİ — 8
Baş Prokurorluq Ağdamda regional konfrans keçirdi - YENİLƏNDİ — 9
Baş Prokurorluq Ağdamda regional konfrans keçirdi - YENİLƏNDİ — 10
XƏBƏR LENTİ
04 IYUN 2026
İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 “Liverpul”un yeni seçimi bəlli oldu - İraola! 10:17 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 Bütün Xəbərlər