Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı
Dünya fond birjalarında indekslər yüksəlməkdə davam edib.
TodayPress TV xəbər verir ki, mayın 27-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.78% – 42,343.65 bəndədək, S&P 500 indeksi 2.05% – 5,921.54 bəndədək, Nasdaq indeksi isə 2.47% – 19,199.16 bəndədək artıb.
Avropa fond bazarlarında isə mayın 27-də FTSE 100 indeksi 0.69% – 8,778.05 bəndədək, Almaniyanın DAX indeksi 0.83% – 24,226.49 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.02% – 7,826.79 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0.19% azalaraq 1.1307 dollar təşkil edib.