Çin raketini orbitə buraxdı
Çinin "iSpace" şirkəti "Hyperbola-1" raketi ilə "Enshi Xidu Shanquan" peykini uğurla orbitə çıxarıb.
TodayPress TV xəbər verir ki, buraxılış Pekin vaxtı ilə saat 12:11-də ölkənin şimalındakı Ciuquan kosmodromundan həyata keçirilib.
"Hyperbola-1" dörd pilləli raketdir. Onun uzunluğu 21 metr, qapağının diametri isə 1,2 metrdir. Raket aşağı Yer orbitinə 300 kiloqrama qədər faydalı yük daşıya bilir. Bu, raketin ümumilikdə səkkizinci, 2025-ci ildə isə birinci buraxılışıdır.
Çin hazırda Ay, asteroidlər və Marsın tədqiqi üçün kosmik texnologiyalar üzərində işləyir. Ölkənin kosmik stansiyası artıq orbitdə fəaliyyət göstərir. 2024-cü ildə Çin ümumilikdə 68 kosmik buraxılış həyata keçirib.
Türkan İsgəndərli