Tarixi sazişin ağır şərtləri sızdı: İran nüvə proqramını ləğv etməyə razı olur?
İran çoxkomponentli və "görülən işlərin nəticələrinə əsaslanan saziş"lə razılaşıb.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin yüksək rütbəli rəsmisi "Al Jazeera"ya bildirib.
Rəsminin sözlərinə görə, sazişə əsasən:
-İranın nüvə proqramı ləğv ediləcək, onun zənginləşdirilmiş materialları məhv edilərək ölkədən çıxarılacaq;
-Hörmüz boğazı yenidən açılacaq;
-İran silahlı qruplaşmaları maliyyələşdirməyi dayandıracaq;
-İran öz öhdəliklərini yerinə yetirənə qədər Tehranın dondurulmuş aktivlərindən heç biri sərbəst buraxılmayacaq.