Azərbaycan mobil internetin sürətinə görə 5 pillə gerilədi

Azərbaycan mobil internetin sürətinə görə 5 pillə gerilədi
16.05.2025 11:08 İKT

2025-ci ilin aprel ayında Azərbaycanda mobil internetin median sürəti 74,08 Mbit/s olub və nəticədə Azərbaycan 5 pillə geriləyərək 104 ölkə arasında 57-ci yerdə qərarlaşıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Ookla”nın yayımladığı “Speedtest Global Index” hesabatında qeyd edilib. 

Hesabata görə, ötən ay ­­ölkəmiz sabit genişzolaqlı internetin median sürətinə görə, 5 pillə irəliləyərək 155 ölkə arasında 86-cı yerdə qərarlaşıb. 

Belə ki, apreldə Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 76,87 Mbit/s olub. 

“Speedtest Global Index” hesabatında həmçinin dünya ölkələrinin paytaxt və əsas şəhərlərində olan internet sürətinə görə reytinq də açıqlayıb.

Hesabatda deyilir ki, Bakıda mobil internetin median sürəti 90,57 Mbit/s olub.

Bu isə mart ayına nisbətən 3 pillə geriləyərək 150 şəhər arasında 83-cü yerdə qərarlaşma deməkdir. 

Qeyd edilən dövrdə sabit genişzolaqlı internetin median sürətinə görə isə Azərbaycan paytaxtı 1 pillə irəliləyərək 76,02 Mbit/s sürətlə 200 şəhər arasında 114-cü yerdə qərarlaşıb.

XƏBƏR LENTİ
01 IYUN 2026
Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Bütün Xəbərlər