Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb!
Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında keçirilən fərdi Avropa çempionatında Azərbaycan təmsilçiləri mübarizəni davam etdirirlər.
TodayPress TV xəbər verir ki, beynəlxalq qrossmeyster Ülviyyə Fətəliyeva turnirdə uğurlu çıxışı ilə diqqət çəkib.
Şahmatçımız ilk altı turda dörd qələbə qazanaraq 5 xal toplayıb və turnir cədvəlində ilk üçlükdə qərarlaşıb. Ülviyyə hazırda yarışın lideri olan Anastasiya Hnatişindən bir xal geri qalır.
Azərbaycanın digər təmsilçiləri Günay Məmmədzadə və Gövhər Beydullayeva isə 4 xal toplayıblar. Onlar müvafiq olaraq 23-cü və 38-ci pillələrdə yer alırlar.
Qeyd edək ki, Avropa çempionatının yekun nəticələrinə əsasən ilk onluqda qərarlaşan şahmatçılar 2027-ci ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanacaqlar.
Namiq HUN