Dünya ulduzunun kövrək etirafı: “Atamı üzmək istəmədim”
Dünya reytinqinin bir nömrəsi Arina Sobolenko uşaqlıq illərində tennisi tərk etməyə yaxın olduğunu etiraf edib.
TodayPress TV xəbər verir ki, belaruslu tennisçi bu barədə “Vogue” jurnalına müsahibəsində danışıb.
Sobolenko atasının onun karyerasında mühüm rol oynadığını bildirib:
“Bizim regionda ən populyar iki idman növü xokkey və tennisdir. Atam tennisi seçdi. Tennis mənim üçün zövq idi və düşünürəm ki, məşqçilərin bunu qoruması çox vacibdir”.
Tennisçi atasının ona heç vaxt təzyiq göstərmədiyini vurğulayıb:
“Atam həmişə deyirdi ki, xoşuna gəlmirsə və bitirmək istəyirsənsə, bunu söylə. Özünü məcbur etməməlisən”.
Sobolenko 9 yaşında tennisi atmaq istədiyini də açıqlayıb:
“Elə bir dövr oldu ki, demək olar tennisi buraxırdım. Amma atamın mənimlə fəxr etdiyini gördüm və onu məyus etmək istəmədim. Daha sonra tennisə əvvəlkindən də çox bağlandım”.
Namiq HUN