Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır

Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır
27.06.2025 12:11 Hadisə

İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub. 

TodayPress TV xəbər verir ki, məlumat əsasında Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədilə ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri prosessual hərəkətlər icra olunub. 

İlkin araşdırma zamanı müəyyən edilib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb, kinostudiyasının inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

XƏBƏR LENTİ
03 IYUN 2026
Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Bütün Xəbərlər