Zelenskidən Rumıniyaya dəstək mesajı: "Biz müdafiəni gücləndirəcəyik"
"Kiyev Rumıniyaya hava məkanının pilotsuz uçuş aparatlarından qorunması üçün dəstək təklif edib".
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna və Rumıniya hərbçiləri, eləcə də aidiyyəti mütəxəssislər dron təhlükələrinə qarşı müdafiəni gücləndirmək üçün birgə işləyəcəklər. Zelenski qeyd edib ki, əməkdaşlığın əsas məqsədi hava təhlükəsizliyini artırmaqdır.
Ukrayna lideri həmçinin hadisə zamanı zərərçəkənlərə tezliklə sağalma arzulayaraq bildirib ki, Kiyev Rumıniyaya lazım olan hər cür yardımı göstərməyə hazırdır.
Məlumata görə, bu açıqlama Rusiyanın Ukraynaya genişmiqyaslı dron hücumları fonunda verilib. Bildirilir ki, dronlardan biri Rumıniya ərazisinə daxil olaraq yaşayış binasına çırpılıb və nəticədə yaralananlar olub.
Zelenski əlavə edib ki, NATO ölkələrinin bu cür hadisələrə reaksiyası daha qəti olmalıdır.
Türkan İsgəndərli