Zelenski Trampla telefon danışığının detallarını açıqladı

Zelenski Trampla telefon danışığının detallarını açıqladı
26.02.2026 00:51 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Tramp  ilə baş tutan telefon danışığının detallarını açıqlayıb. 

TodayPress TV xəbər verir ki,   bu barədə Ukrayna lideri  "Telegram" kanalında yazıb. 

"ABŞ Prezidenti Donald Tramp ilə danışdıq. Hazırda komandalarımız çox çalışır və mən bütün səylərə, müharibənin dayandırılması ilə bağlı danışıqlara bu cür cəlb olunduqlarına görə təşəkkür etdim", - Zelenski paylaşımda qeyd edib. 

O həmçinin "PURL" proqramının əhəmiyyətini və Ukraynanın daha effektiv müdafiə üçün ABŞ-dən ala biləcəyi hava hücumundan müdafiə sistemlərinin vacibliyini qeyd edib. 

"Sabah Cenevrədə nümayəndələrimizin ikitərəfli görüşdə üzərində işləyəcəkləri məsələləri, eləcə də martın ilk günlərində danışıqlar aparan komandaların tam tərkibdə üçtərəfli formatda növbəti görüşünə hazırlığı müzakirə etdik", - Zelenski əlavə edib. 

Ukrayna lideri bu danışıqların liderlər səviyyəsində görüşün təşkil edilməsinə imkan yaradacağına ümidvar olduğunu bildirib. 

"Prezident Tramp bu cür addımlar ardıcıllığını dəstəkləyir. Bütün mürəkkəb və həssas məsələləri həll etməyin və nəhayət müharibəni bitirməyin yeganə yolu budur", - Zelenski vurğulayıb.

TodayPress TV


XƏBƏR LENTİ
03 IYUN 2026
“Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Bütün Xəbərlər