Yaxın Şərq ölüm məhvərinə doğru - Şoyqudan SOS

Yaxın Şərq ölüm məhvərinə doğru - Şoyqudan SOS
26.05.2026 14:18 Dünya

Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə gübrə tədarükündə yaranan məhdudiyyətlər dünyada aclıq çəkən insanların sayının artmasına səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu  bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Təhlükəsizlik Şuraları katibləri Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, iclasda gələcək təhlükəsizlik çağırışları və potensial təhdidlər geniş müzakirə olunub. O qeyd edib ki, Yaxın Şərqdəki gərginlik, xüsusən də gübrə tədarükündə yaranan çatışmazlıq və məhdudiyyətlərin əkin mövsümünə təsadüf etməsi məhsuldarlığın azalmasına gətirib çıxara bilər. Bu isə nəticə etibarilə dünyada aclıqdan əziyyət çəkən insanların sayının artmasına səbəb olacaq.

Bundan əlavə, Şoyqu görüş zamanı qaz və neft kimi karbohidrogenlərin qiymətlərindəki artımın yaratdığı risklərin də müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, bu proses yalnız KTMT ölkələrinə deyil, qlobal miqyasda həyatın müxtəlif sahələrinə təsir göstərib. O vurğulayıb ki, bir çox ölkələrdə həm daxili, həm də beynəlxalq hava daşımalarında azalma müşahidə olunur.

Jalə Rövşən 

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 Все новости