Qatar biletləri 150-200 manatdan çox olmamalıdır - AÇIQLAMA

Qatar biletləri 150-200 manatdan çox olmamalıdır - AÇIQLAMA
20.05.2026 14:47 Cəmiyyət

"Təyyarə biletləri çox vaxt 150-200 manat civarında dəyişdiyi üçün qatar ondan xeyli ucuz olsa, daha çox insan istifadə edər".

Bunu TodayPress TV-yə açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.


Onun sözlərinə görə, hazırda rəsmi qiymət açıqlanmasa da, ilkin müzakirələrdə və ekspert rəylərində biletlərin təxminən 80-100 manat aralığında olacağı deyilir:

"Məncə, normal yataq vaqonu və gecə reysi nəzərə alınsa, 60-80 manat arası daha uyğun görünərdi. Çünki qatar həm rahatlıq, həm də sərhədi problemsiz keçmək baxımından təyyarəyə alternativ olacaq". 

Qeyd edək ki, Bakı-Tbilisi qatarının fəaliyyəti 2020-ci ildə pandemiya səbəbindən dayandırılıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda olarkən Azərbaycan tərəfi ilə Bakı-Tbilisi sərnişin qatarının açılması ilə bağlı razılıq əldə olunub. Razılığa əsasən, qatarlar 26 may 2026-cı ildən etibarən işə düşəcək.

Qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da yola düşərək ertəsi gün saat 06:24-də Bakıya çatacaq.

Məlumata görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək. Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək. 

Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, biletlərin satışa çıxarılması barədə ictimaiyyətə ayrıca məlumat veriləcək.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 Все новости