Ədalət Məmmədov: İndiki binalar mikroiqlim balansını pozur

Ədalət Məmmədov: İndiki binalar mikroiqlim balansını pozur
08.05.2026 16:24 Cəmiyyət

“Memarlıq yanaşması sayəsində İçərişəhərdə ağır epidemioloji problemlər demək olar ki, müşahidə olunmayıb”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 130/Ü nömrəli 20.02.2026-cı il tarixli Əmri ilə təsdiq edilmiş İş Planı üzrə “Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativ və məhdudiyyətlər” mövzusunda tədbirdə bərpaçı-memar Ədalət Məmmədov deyib. 

O qeyd edib ki, qədim şəhərsalma ənənələrində “roza vetrov” prinsipi xüsusi həssaslıqla nəzərə alınırdı. Yəni müəyyən ərazidə küləklərin hansı istiqamətlərdən və hansı intensivliklə əsdiyini göstərən sxem və ya diaqramdır. Azərbaycan dilində buna “küləklər qrafiki” və ya “külək istiqamətləri diaqramı” da deyilir”.

Ə.Məmmədovun sözlərinə görə, bu anlayış şəhərsalma və bina layihələndirilməsində çox vacib hesab olunur:

“Memarlar və urbanistlər binanın yerləşdirilməsi, pəncərələrin istiqaməti, həyətlərin planlanması və havalandırma sistemlərini məhz küləyin davranışına uyğun layihələndirirlər. İçərişəhər bunun ən uğurlu nümunələrindən biridir. Küçələr və keçidlər elə istiqamətdə salınıb ki, yay aylarında dənizdən gələn meh şəhər daxilində təbii hava dövranı yaradır. Xəzərdən gələn duzlu və təmiz hava küçələri daim havalandırır. Məhz bu memarlıq yanaşması sayəsində İçərişəhərdə ağır epidemioloji problemlər demək olar ki, müşahidə olunmayıb. Eyni zamanda, küçələrin dar və xüsusi bucaq altında planlaşdırılması qış aylarında sərt Xəzri küləyinin birbaşa təsirini zəiflədib. Nəticədə, ərazi nə yayda həddindən artıq isti, nə də qışda çox sərt iqlim hiss etdirir. Ora ən isti havada da getsəniz, həmişə meh var”.

Bərpaçı memar vurğulayıb ki, qədim memarlıqda təbiətlə uyğunlaşma əsas prinsip idi, lakin müasir tikinti layihələrinin bir çoxunda bu amillər kifayət qədər nəzərə alınmır. Onun sözlərinə görə, hündür və sıx tikililər hava axınlarını kəsir, şəhərlərdə “beton istilik effekti” yaradır və mikroiqlim balansını pozur. Memar hesab edir ki, gələcəyin şəhərsalması üçün ənənəvi memarlıq təcrübəsinə yenidən qayıtmaq vacibdir.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Все новости