Türklər Özbəkistan ordusunu "eyitim"ə aldı - Dünya Turan ordusu ilə tanış olmağa hazırlaşır

Türklər Özbəkistan ordusunu "eyitim"ə aldı -  Dünya Turan ordusu ilə tanış olmağa hazırlaşır
25.05.2026 14:10 Təhlil

Türkiyə Özbəkistan Ordusunun yenidən qurulması prosesinə fəal dəstək verəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumatlara görə, bu məqsədlə general-mayor rəhbərliyində xüsusi məsləhətçi qrupu Özbəkistana göndərilir. Mütəxəssislər Özbəkistan Silahlı Qüvvələrinin strukturunu, təlim sistemini və idarəetmə mexanizmlərini NATO standartlarına uyğunlaşdırmağa kömək edəcəklər.

Ankara, uzun illərdir Azərbaycan Ordusunun peşəkarlaşmasında mühüm rol oynayır. Bu əməkdaşlıq sayəsində Azərbaycan Silahlı Qüvvələri 2016-cı ilin aprel döyüşlərində, 2020-ci il Vətən Müharibəsində və 2023-cü il sentyabr əməliyyatında öz gücünü bütün dünyaya nümayiş etdirdi.

İndi isə Türkiyə bu təcrübəni digər qardaş ölkələrə də ötürməyə başlayır. Türkiyə Silahlı Qüvvələri NATO çərçivəsində dünyanın ən güclü quru qoşunlarından birinə malikdir. Türk ordusunun müasir döyüş təcrübəsi, texnoloji üstünlükləri və yüksək peşəkarlıq səviyyəsi türkdilli ölkələr üçün əvəzolunmaz fürsət yaradır.

Hərbi ekspertlər qeyd edir ki, bu əməkdaşlıq yalnız orduların gücləndirilməsi ilə məhdudlaşmır, həm də regional təhlükəsizlik və çəkindirmə potensialının artırılması baxımından strateji əhəmiyyət kəsb edir.

Türk dünyasında hərbi əməkdaşlığın yeni mərhələsi göz önündədir. Azərbaycanın uğurlu təcrübəsi artıq bir modelə çevrilib və digər ölkələr də bu modeldən faydalanmaq istəyir. Özbəkistanla başlayan prosesin Qazaxıstan və Qırğızıstana da genişlənməsi gözlənilir. Nəticədə, bir-biri ilə sıx əlaqəli, müasir standartlara cavab verən və Türkiyənin təcrübəsi ilə güclənmiş türk orduları regionda sabitliyin və təhlükəsizliyin ən etibarlı qarantına çevrilə bilər.

Məsələ Türk dünyasının gələcək geosiyasi çəkisinin artırılmasıdır. Prosesin Turan Ordusu istiqamətində inkişaf edəcəyi də ekspertlər tərəfindən istisna edilmir.

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 All News