“TDT+” formatı: Türk Dövlətlərinin beynəlxalq təsir dairəsi genişlənəcək

“TDT+” formatı: Türk Dövlətlərinin beynəlxalq təsir dairəsi genişlənəcək
08.10.2025 18:01 Təhlil

Türk Dövlətləri Qəbələ Bəyannaməsinə əsasən “TDT+” formatının yaradılması barədə qərar qəbul ediblər. Bu, təşkilata yeni tərəfdaş və ya müşahidəçi dövlətlərin qoşulması imkanını yaradacaq. 

Bəs “TDT+” formatı nə vəd edir?

Siyasi şərhçi Polad Mehdiyev məsələ ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə Görüşündə qəbul olunan Qəbələ Bəyannaməsi təşkilatın yeni mərhələyə qədəm qoyduğunu göstərir: 

"Bəyannaməyə əsasən yaradılan “TDT+” adlı format Türk dünyasının gələcək inteqrasiyasında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir".

Ekspert qeyd edib ki, TDT+ formatı təşkilata üzv olmayan, lakin əməkdaşlıq etmək istəyən ölkələrin və beynəlxalq təşkilatların bu platformaya qoşulmasına imkan verəcək:

“Artıq TDT təkcə Türk dövlətlərini birləşdirən birlik kimi deyil, həm də regional və beynəlxalq tərəfdaşları öz ətrafında toplayan geniş koalisiyaya çevrilir. Bu, Türk dünyasının beynəlxalq təsir dairəsini genişləndirəcək, təşkilata əlavə diplomatik və iqtisadi imkanlar qazandıracaq”.

“Texnoloji və təhlükəsizlik sahələrində genişmiqyaslı tərəfdaşlıqlar qurmaq imkanı əldə edəcəklər”

Polad Mehdiyevin fikrincə, yeni format TDT-nin daha açıq, çevik və çoxşaxəli əməkdaşlıq modelinə keçidini təmin edəcək:

“Beləliklə, Türk dövlətləri təkcə ortaq tarix və mədəniyyət əsasında deyil, həm də iqtisadi, texnoloji və təhlükəsizlik sahələrində genişmiqyaslı tərəfdaşlıqlar qurmaq imkanı əldə edəcəklər. Eyni zamanda TDT+ formatı yeni resursların, investisiyaların və beynəlxalq təcrübənin Türk coğrafiyasına cəlb edilməsinə şərait yaradacaq”.

“Azərbaycan Türk dövlətləri arasında iqtisadi və siyasi inteqrasiyanın təşəbbüskarı kimi çıxış edir”

Analitik vurğulayıb ki, bu qərarın qəbul edilməsində Azərbaycanın rolu xüsusilə əhəmiyyətlidir:

"Qəbələ Zirvəsinin yüksək səviyyədə təşkili, müzakirələrin istiqamətinin müəyyənləşdirilməsi və TDT+ ideyasının formalaşmasında Prezident İlham Əliyevin liderliyi həlledici rol oynayıb. Azərbaycan uzun müddətdir Türk dövlətləri arasında iqtisadi və siyasi inteqrasiyanın təşəbbüskarı kimi çıxış edir və bu dəfə də yeni platformanın əsas memarlarından biri olub. Azərbaycan üçün TDT+ həm diplomatik imkanların genişlənməsi, həm də enerji, nəqliyyat və təhlükəsizlik sahəsində regional layihələrin daha geniş əməkdaşlıq çərçivəsində reallaşdırılması deməkdir. Bakı bu format vasitəsilə həm Orta Asiya ilə əlaqələrini dərinləşdirəcək, həm də Avropa və Asiya arasında strateji körpü rolunu daha da möhkəmləndirəcək. Prezident İlham Əliyevin təşəbbüskarlığı və siyasi uzaqgörənliyi nəticəsində TDT yeni mərhələyə daxil olur. Qəbələdən verilən bu mesaj açıqdır: Türk dünyası daha geniş və güclü əməkdaşlıq modeli ilə beynəlxalq sistemdə öz yerini möhkəmləndirməyə başlayır. TDT+ formatı həm Türk dövlətlərinin birliyini dərinləşdirəcək, həm də regionda sabitlik və inkişaf üçün yeni imkanlar yaradacaq”,- o fikrini sonlandırıb.

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

“TDT+” formatı: Türk Dövlətlərinin beynəlxalq təsir dairəsi genişlənəcək — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
İrəvan sərxoş halda seçkiyə gedir 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 Bütün Xəbərlər