Sülh sazişindən sonra növbəti mərhələ: Paşinyan nəyi hədəfləyir?

Sülh sazişindən sonra növbəti mərhələ: Paşinyan nəyi hədəfləyir?
19.09.2025 17:20 Təhlil

“Ermənistanın Baş naziri Nikol Paşinyan “institutlaşdırma” ifadəsi ilə sadəcə imzalanmış sənədi yox, onun ətrafında dayanıqlı hüquqi, diplomatik və texniki mexanizmlər sisteminin qurulmasını nəzərdə tutur”.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.  

O bildirib ki, Paşinyanın “Azərbaycanla sülhün institutlaşdırılması” ifadəsi diplomatik ritorikada xüsusi məna daşıyır və sadəcə imzalanmış sülh sazişinə deyil, onun dayanıqlı hüquqi-siyasi çərçivəyə salınmasına işarə edir. Bu isə o deməkdir ki, sülh razılaşmasında yer alan müddəalar praktik olaraq işlək mexanizmlərlə möhkəmləndirilməlidir.

Parlamentari bir neçə əsas məqamı vurğulayıb:

“Birincisi, yekun sülh sazişinin imzalanmasıdır. Məlum olduğu kimi, Vaşinqtonda Azərbaycan və Ermənistan sülh sazişinin müddəalarını paraflayıblar və birgə bəyanata imza atıblar. Digər vacib məqam sülh sazişinin beynəlxalq hüquqa uyğun şəkildə ratifikasiyası və sazişə daxil olmayan məsələlərin həlli üçün ayrıca mexanizmlərin yaradılmasıdır.

“İnstitutlaşma” anlayışının içərisində, güman ki, diplomatik münasibətlərin tam bərpası, iqtisadi, nəqliyyat, enerji və mədəni əməkdaşlıq üzrə birgə komissiyaların təsis olunması, kommunikasiyaların işlək hala gətirilməsi, nəqliyyat-infrastruktur şəbəkəsinin hüquqi əsaslarının hazırlanması, bu istiqamətdə işlək mexanizmlərin formalaşdırılması, sazişin icrasına dair monitorinq və hesabat mexanizmlərinin yaradılması, sülhün yalnız dövlətlərarası deyil, həm də cəmiyyətlərarası münasibətlərə inteqrasiyası, ictimai diplomatiya və parlamentlərarası dialoq mexanizmlərinin gücləndirilməsi kimi məqamlar da yer ala bilər.

Çox güman ki, Paşinyan “institutlaşdırma” dedikdə, sadəcə imzalanmış sənədi yox, onun ətrafında dayanıqlı hüquqi, diplomatik və texniki mexanizmlər sisteminin qurulmasını nəzərdə tutur. Əslində bu, daha çox proqnozlaşdırıla bilən və idarə oluna bilən regional mühitin formalaşdırılması deməkdir”. 

E.Mirzəbəylinin fikrincə, “institutlaşma” anlayışı birtərəfli ola bilməz. Prosesin ən önəmli hissəsi “institutlaşma”nın hüquqi mexanizmlərinin formalaşmasına maneə yaradan problemlərin aradan qaldırılmasından başlamasıdır. Bu isə o deməkdir ki, Ermənistan ilk növbədə sülhə maneə yaradan bütün amillərin aradan qaldırılması istiqamətində konkret addımlar atmalı və ölkənin konstitusiyasında müstəqillik bəyannaməsinə istinadən yer alan iddialardan hüquqi müstəvidə də əl çəkməlidir.

“Ümumilikdə, “sülhün institutlaşdırılması” ifadəsi regionda sabitliyi möhkəmləndirən, iqtisadi və diplomatik imkanları genişləndirən perspektiv yanaşma formalaşdırır. Eyni zamanda bu, siyasi manipulyasiyalar və xarici asılılıq kimi riskləri nəzərə almağı da zəruri edir. Düzgün idarə olunduğu halda, bu yanaşma uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasını mümkün edə bilər”, - deputat fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün daha da institutlaşdırılması istiqamətində işləməyə sadiqliyini təsdiqləyib. Bu barədə Paşinyan “X” sosial şəbəkəsindəki səhifəsində ABŞ Prezidenti Donald Trampın 8 avqust Vaşinqton görüşü ilə bağlı paylaşımını şərh edərkən bildirib.

“Bir daha Donald Trampa Azərbaycanla bu tarixi sazişin bağlanmasında vasitəçiliyinə görə təşəkkürümü bildirirəm - buna əvvəllər heç kim nail olmamışdı. Sülhün daha da institutlaşdırılması və TRIPP-in (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi) həyata keçirilməsi üçün işə sadiq qaldığımı təsdiqləyirəm”, - Paşinyan yazıb.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Sülh sazişindən sonra növbəti mərhələ: Paşinyan nəyi hədəfləyir? — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 Bütün Xəbərlər