Sülh sazişindən sonra növbəti mərhələ: Paşinyan nəyi hədəfləyir?

Sülh sazişindən sonra növbəti mərhələ: Paşinyan nəyi hədəfləyir?
19.09.2025 17:20 Təhlil

“Ermənistanın Baş naziri Nikol Paşinyan “institutlaşdırma” ifadəsi ilə sadəcə imzalanmış sənədi yox, onun ətrafında dayanıqlı hüquqi, diplomatik və texniki mexanizmlər sisteminin qurulmasını nəzərdə tutur”.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.  

O bildirib ki, Paşinyanın “Azərbaycanla sülhün institutlaşdırılması” ifadəsi diplomatik ritorikada xüsusi məna daşıyır və sadəcə imzalanmış sülh sazişinə deyil, onun dayanıqlı hüquqi-siyasi çərçivəyə salınmasına işarə edir. Bu isə o deməkdir ki, sülh razılaşmasında yer alan müddəalar praktik olaraq işlək mexanizmlərlə möhkəmləndirilməlidir.

Parlamentari bir neçə əsas məqamı vurğulayıb:

“Birincisi, yekun sülh sazişinin imzalanmasıdır. Məlum olduğu kimi, Vaşinqtonda Azərbaycan və Ermənistan sülh sazişinin müddəalarını paraflayıblar və birgə bəyanata imza atıblar. Digər vacib məqam sülh sazişinin beynəlxalq hüquqa uyğun şəkildə ratifikasiyası və sazişə daxil olmayan məsələlərin həlli üçün ayrıca mexanizmlərin yaradılmasıdır.

“İnstitutlaşma” anlayışının içərisində, güman ki, diplomatik münasibətlərin tam bərpası, iqtisadi, nəqliyyat, enerji və mədəni əməkdaşlıq üzrə birgə komissiyaların təsis olunması, kommunikasiyaların işlək hala gətirilməsi, nəqliyyat-infrastruktur şəbəkəsinin hüquqi əsaslarının hazırlanması, bu istiqamətdə işlək mexanizmlərin formalaşdırılması, sazişin icrasına dair monitorinq və hesabat mexanizmlərinin yaradılması, sülhün yalnız dövlətlərarası deyil, həm də cəmiyyətlərarası münasibətlərə inteqrasiyası, ictimai diplomatiya və parlamentlərarası dialoq mexanizmlərinin gücləndirilməsi kimi məqamlar da yer ala bilər.

Çox güman ki, Paşinyan “institutlaşdırma” dedikdə, sadəcə imzalanmış sənədi yox, onun ətrafında dayanıqlı hüquqi, diplomatik və texniki mexanizmlər sisteminin qurulmasını nəzərdə tutur. Əslində bu, daha çox proqnozlaşdırıla bilən və idarə oluna bilən regional mühitin formalaşdırılması deməkdir”. 

E.Mirzəbəylinin fikrincə, “institutlaşma” anlayışı birtərəfli ola bilməz. Prosesin ən önəmli hissəsi “institutlaşma”nın hüquqi mexanizmlərinin formalaşmasına maneə yaradan problemlərin aradan qaldırılmasından başlamasıdır. Bu isə o deməkdir ki, Ermənistan ilk növbədə sülhə maneə yaradan bütün amillərin aradan qaldırılması istiqamətində konkret addımlar atmalı və ölkənin konstitusiyasında müstəqillik bəyannaməsinə istinadən yer alan iddialardan hüquqi müstəvidə də əl çəkməlidir.

“Ümumilikdə, “sülhün institutlaşdırılması” ifadəsi regionda sabitliyi möhkəmləndirən, iqtisadi və diplomatik imkanları genişləndirən perspektiv yanaşma formalaşdırır. Eyni zamanda bu, siyasi manipulyasiyalar və xarici asılılıq kimi riskləri nəzərə almağı da zəruri edir. Düzgün idarə olunduğu halda, bu yanaşma uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasını mümkün edə bilər”, - deputat fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün daha da institutlaşdırılması istiqamətində işləməyə sadiqliyini təsdiqləyib. Bu barədə Paşinyan “X” sosial şəbəkəsindəki səhifəsində ABŞ Prezidenti Donald Trampın 8 avqust Vaşinqton görüşü ilə bağlı paylaşımını şərh edərkən bildirib.

“Bir daha Donald Trampa Azərbaycanla bu tarixi sazişin bağlanmasında vasitəçiliyinə görə təşəkkürümü bildirirəm - buna əvvəllər heç kim nail olmamışdı. Sülhün daha da institutlaşdırılması və TRIPP-in (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi) həyata keçirilməsi üçün işə sadiq qaldığımı təsdiqləyirəm”, - Paşinyan yazıb.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Sülh sazişindən sonra növbəti mərhələ: Paşinyan nəyi hədəfləyir? — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər