Seçki hesabı: 102-ci BAZA QALIR — Paşinyan NƏ PLANLAYIR?

Seçki hesabı: 102-ci BAZA QALIR — Paşinyan NƏ PLANLAYIR?
27.02.2026 17:04 Təhlil

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 26-da Polşada diplomatik nümayəndələr və analitiklərlə keçirdiyi görüşdə ölkəsinin Rusiya ilə hərbi əməkdaşlığına dair diqqətçəkən açıqlama verib. 

O bildirib ki, Ermənistanın Rusiyaya məxsus 102-ci hərbi bazanın ölkədən çıxarılması ilə bağlı hər hansı planı yoxdur və rəsmi İrəvan Moskva ilə mövcud tərəfdaşlıq münasibətlərini davam etdirir. 


Paşinyanın sözlərinə görə, Ermənistan və Rusiya arasında iqtisadi və siyasi əlaqələr möhkəm olaraq qalır və iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur. 

Bu açıqlama regionda baş verən geosiyasi dəyişikliklər, eləcə də Ermənistanın son dövrlərdə Qərblə münasibətlərini genişləndirməyə çalışdığı bir mərhələdə səsləndirilməsi baxımından diqqət çəkir.

Bəs Paşinyan 102-ci hərbi bazanı ölkədən çıxarmaq istəsə belə, bu nə dərəcədə mümkündür və belə bir addımın hansı nəticələri ola bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Elşən Mustafayev Ermənistanın Baş nazirinin Polşada Rusiya ilə bağlı verdiyi açıqlamaların təsadüfi olmadığını deyib:


“Ölkədə iyun ayında parlament seçkiləri keçiriləcək və Rusiyanın bu seçkilərə müxtəlif vasitələrlə müdaxilə etməsi gözlənilir. Belə bir vəziyyətdə onun bu cür bəyanatlar vermə ehtimalı əvvəlcədən də gözlənilən idi. Ermənistandakı 102-ci baza müqavilə əsasında hələ uzun illər orada qalmalıdır. Eyni zamanda Avrasiya İqtisadi İttifaqında (Aİİ) təmsil olunduğundan Ermənistanın Rusiya ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığının olduğunu deməsi də normaldır”.

BƏS PAŞİNYAN NƏ DƏRƏCƏDƏ SƏMİMİDİR? 


E.Mustafayev Paşinyanın bu cür bəyanatları məcburiyyətdən verdiyi qənaətindədir:

“Onun üçün iyun ayındakı seçkiləri qazanmaq əsas prioritetdir. Seçkilərdən sonra dünyada baş verən beynəlxalq vəziyyətdən asılı olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) da çıxa, müxtəlif yollarla 102-ci baza ilə bağlı müqaviləni vaxtından əvvəl ləğv edə bilər. Hətta gələcək üçün iqtisadi təminatlar əldə edəcəyi halda Aİİ-dən də çıxa bilər”.


Ekspertin sözlərinə görə, əslində, Paşinyanın “Rusiya ilə isti münasibətlərin olması” ilə bağlı bəyanatına rəsmi Moskva inanmır və bunun situasiyaya uyğun səsləndirildiyini bilir:

“Ona görə də yaxın üç ayda Ermənistandakı seçkilərə maksimum şəkildə təsir etməyə cəhd edəcək. Əgər bu müdaxilə özünü ciddi şəkildə göstərəcəksə, o zaman Paşinyan hətta seçkidən əvvəl Polşada verdiyi açıqlamaların tam əksini səsləndirərək, Rusiya əleyhinə bütün istiqamətlər üzrə kampaniyaya başlaya bilər”.

Qiymət Mahir

XƏBƏR LENTİ
03 IYUN 2026
Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Bütün Xəbərlər