Kimyəvi silahlar məsələsi: Rusiya yeni müharibə mərhələsinə keçir?

Kimyəvi silahlar məsələsi: Rusiya yeni müharibə mərhələsinə keçir?
16.09.2025 17:19 Təhlil

Ukrayna Silahlı Qüvvələrinin bioloji və kimyəvi silahlardan müdafiə idarəsinin rəisi Artem Vlasyuk Rusiya tərəfindən Ukrayna ordusuna qarşı təhlükəli kimyəvi maddələrin tətbiq edildiyini bildirib.

Məlumdur ki, istifadə olunan vasitələr Kimyəvi Silahların Qadağan edilməsi haqqında Konvensiyanın birinci maddəsinin beşinci bəndi ilə qadağan edilib, çünki bu cür silahlar müharibə aparma vasitəsi kimi hərbi bölmələrə qarşı istifadə edilə bilməz.


Maraqlıdır, Rusiyanın kimyəvi maddələrdən istifadəsi müharibəni hansı mərhələyə gətirəcək?

Bu barədə Politoloq Rəşad Bayramov TodayPress TV-yə məsələni şərh edərək bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü fonunda artıq beynəlxalq məhkəmələrdə bu ölkə ilə bağlı bir sıra qərarlar qəbul olunub. 


Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə bağlı mövcud qərarlar da Rusiyanın müharibə cinayətlərini özündə ehtiva edir.

“Bu məsələ də araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək”

“Əvvəllər mülki obyektlərin hədəfə alınması, uşaqların oğurlanması və digər məsələlərlə bağlı konkret cinayət faktları təsbit olunmuş və müvafiq qərarlar qəbul edilmişdi. İndi isə Rusiyanın kimyəvi maddələrdən istifadəsi gündəmə gəlirsə, təbii ki, bu məsələ də araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək”, – deyə analitik vurğulayıb.

O bildirir ki, beynəlxalq birliyin bəyanatları, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və beynəlxalq məhkəmələrin qərarları Moskvanı hələlik müharibə cinayətlərindən çəkindirmir:

“Bu gün Rusiya faktiki olaraq beynəlxalq hüququ və qanunları bir kənara qoyub, heç bir hüquq tanımadığını, beynəlxalq tribunalarda qəbul edilən qərarlara riayət etməyəcəyini açıq şəkildə nümayiş etdirir. Bu isə beynəlxalq birliyin Rusiyaya qarşı daha ciddi addımlar atmasını və konkret təzyiqlər göstərməsini zəruri edir. Təəssüf ki, hələlik istər ABŞ, istərsə də Avropa İttifaqının ayrı-ayrı ölkələri tərəfindən bu istiqamətdə ciddi addımlar müşahidə olunmur”.

Ekspert əlavə edib ki, Rusiyanın kimyəvi maddələrdən istifadəsi insan tələfatını artıracaq və daha böyük fəsadlara yol aça bilər:


“Əgər Moskva bunları ödəməkdən imtina etsə...”

“Bu, yolverilməzdir. Ona görə də qərarların qəbulu və məsələnin beynəlxalq tribunallara çıxarılması vacibdir. Müharibədən sonra isə Rusiyanın üzərinə müvafiq təzminatların ödənilməsi, zərər çəkmiş obyektlərin və əhalinin hüquqlarının tanınması, onlara kompensasiya verilməsi məsələləri gündəmə gətiriləcək. Əgər Moskva bunları ödəməkdən imtina etsə, o halda Rusiyanın müxtəlif ölkələrdə olan dondurulmuş aktivlərinin bu istiqamətə yönləndirilməsi gündəmə gələcək”.

O, həmçinin vurğulayıb ki, müharibə qanunlarını pozan və cinayətlər törədən bir ölkəyə qarşı ciddi tədbirlərin görülməməsi doğru deyil.

Çünki bu, gələcəkdə digər gücləri də oxşar addımlar atmağa həvəsləndirə bilər:

“Əgər indiki kimyəvi silahdan istifadə məsələsi öz təsdiqini taparsa, bununla bağlı mütləq şəkildə müvafiq qərarlar qəbul ediləcək. Hətta Rusiya bu gün həmin qərarlara tabe olmadığını nümayiş etdirsə belə, bu qərarların mövcudluğu qeyd etdiyim səbəblərə görə olduqca vacibdir”.

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Rusiya və İran təşvişdə - İranın Zəngəzur dəhlizinə gücü çatmadı 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Çin və Rusiya arasında iplər bir anda qopdu: Si Cinpin Putinə ultimatum yolladı 09:00 ABŞ-nin təyyarədaşıyan gəmisi ciddi zərər gördü - Taleyi necə olacaq? 08:43 Lavrovdan Ermənistan açıqlaması: "Seçim etməlidir" 08:32 ABŞ-dən Rusiyaya sərt zərbə: Sanksiyalar və Ukraynaya milyonlarla dollar yardım 08:26 Ürəyi məhv edən əsas amil açıqlandı 00:37 Bütün Xəbərlər