33 ildən sonra "NÜVƏ YARIŞI" — Trampın qərarı dünyanı silkələdi!

33 ildən sonra "NÜVƏ YARIŞI" — Trampın qərarı dünyanı silkələdi!
30.10.2025 18:23 Təhlil

ABŞ 33 ildən sonra ilk dəfə nüvə silahlarını yenidən sınaqdan keçirməyə hazırlaşır.

Prezident Donald Tramp bu barədə özünün “Truth Social” hesabında məlumat paylaşıb. O bildirib ki, digər ölkələr artıq sınaq proqramları həyata keçirir və ABŞ da geri qalmamalıdır.

“Müharibə Nazirliyinə göstəriş verdim ki, eyni qaydada bizim nüvə silahlarımızın da sınaqlarına başlanılsın. Bu proses dərhal başlayacaq. Dünyada ən çox nüvə silahı bizdədir. Rusiya ikinci, Çin isə üçüncü yerdədir, amma beş il ərzində bizə çata bilər”, - Tramp vurğulayıb.

Donald Trampın 33 ildən sonra ABŞ-də nüvə sınaqlarının bərpası barədə verdiyi göstəriş beynəlxalq təhlükəsizlik sisteminə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə ekspert Ənvər Ağazadənin fikrincə, bu, nüvə silahları ilə bağlı qlobal rəqabətin yenidən aktuallaşdığını göstərir. Çünki nüvə silahı dövlətin gücünün və təhlükəsizliyinin əsas göstəricilərindən biridir:

“Tramp istəyir ki, ABŞ bu sahədə Çin və Rusiyadan geri qalmasın. Onun üçün nüvə silahları əsas təminat vasitələrindən biridir. Lakin bu qərarın ciddi mənfi nəticələri də ola bilər.

Birincisi, digər ölkələr də nüvə sınaqlarını artıraraq yeni nüvə yarışı başlada bilərlər, bu isə silahlanmanın genişlənməsi və “Soyuq müharibə” dövrünü xatırladan gərginliklərə yol aça bilər. İqtisadi cəhətdən isə yarışa qatılan ölkələrdən hansı resurs cəhətdən dözə bilməyəcəksə, o daha da zəifləyəcək.

İkincisi, nüvə silahlarının geniş şəkildə istehsalı və sınaqların artması bütün bəşəriyyət üçün real təhlükədir. Hətta istifadə olunmasa belə, kütləvi sınaqlar ekoloji və insan sağlamlığı baxımından ciddi risklər yaradır. Nəticə etibarilə, nüvə sınaqlarının kütləvi şəkildə artması dünya üçün ciddi təhdiddir”.

Ekspertin sözlərinə görə, Trampın bu qərarı verməsinin ilkin səbəbi ABŞ-nin birincilik mövqeyini qorumaq istəməsidir:

“Digər tərəfdən, “Soyuq müharibə” illərində olduğu kimi rəqib ölkələrin iqtisadiyyatını zəiflətmək istəyir. Lakin bu siyasətin heç kəsə fayda gətirməyəcəyi açıqdır. Normal düşünən dövlət rəhbərləri belə bir silahlanmanın qarşısını almağa çalışmalıdırlar. Əvvəllər kütləvi silahlanmaya nəzarətə dair beynəlxalq müqavilələr imzalanmışdı. İndi həmin mexanizmlərin yenidən gündəmə gətirilməsi vacibdir. BMT və digər beynəlxalq təşkilatlar bu istiqamətdə müəyyən addımlar ata, ölkələrlə razılaşma əldə edərək nüvə silahlarının istehsalına və sınaqlarına məhdudiyyətlər qoymağa çalışa bilərlər. Nəzarət mexanizmləri yenidən ortaya qoyula bilər, amma nüvə silahlarının kütləvi istehsalı və sınaqlarının yaratdığı zərərlər çox geniş və təhlükəlidir”.

Qeyd edək ki, ABŞ Prezidentinin paylaşımı Rusiyada böyük ajiotaja səbəb olub. Hazırda Rusiya mətbuatı ABŞ-nin mümkün nüvə sınaqlarına dair onlarla material dərc edir.

Kremlin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib ki, Rusiya nüvə sınaqlarına qoyulan beynəlxalq moratoriumun mümkün pozulmalarını diqqətlə izləyir və lazım gəldikdə cavab tədbirləri görəcək.

Qiymət Mahir

FOTOLAR

33 ildən sonra "NÜVƏ YARIŞI" — Trampın qərarı dünyanı silkələdi! — 1
XƏBƏR LENTİ
04 IYUN 2026
“Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Rusiya sanksiya qoydu: Erməni məhsulları Azərbaycan bazarına tökülür? 16:35 Livanda BMT sülhməramlıları [[həlak oldu ]] 16:32 Seçki öncəsi səs-küylü vəd: Milli komandanın ulduzu hədəfdədir! 16:29 Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət edin! 16:27 Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərildi 16:13 Bütün Ermənistan Azərbaycanca danışmağa başladı - Seçkilərə damğa vuran olaylar 15:57 Perinatal Mərkəzin sabiq direktoru həbs olundu 15:49 Bir dövr başa çatdı: “Sabah” kapitanı ilə vidalaşdı! 15:37 Vilayət Eyvazov gələcəyin polislərini işə qəbul etdi 15:34 Naxçıvanda tapılan İlandağ yazısı Ermənistanı qarışdırdı - GÖRÜNTÜLƏR 15:17 Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır 15:06 DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Bütün Xəbərlər