4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil etdi

4SİM və SOCAR Davos Forumunda birgə sessiya təşkil etdi
23.01.2026 13:03 Sənaye və energetika

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Davosda panel sessiya təşkil edib.

TodayPress TV 4SİM-ə istinadən xəbər verir ki, Mərkəzin icraçı direktoru Fariz Cəfərovun moderatorluğu ilə keçən panel sessiyada sənaye və enerji sektorlarında süni intellekt, rəqəmsal texnologiyalar və Sənaye 4.0 həllərinin tətbiqi yolu ilə karbonsuzlaşmanın sürətləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması və dayanıqlı inkişafın təmin edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrdə karbonsuzlaşması texnoloji və iqtisadi baxımdan mürəkkəb olan sektorlar üçün Sənaye 4.0-a keçidin strateji əhəmiyyəti diqqət mərkəzində olub.

SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı Murad Abdullayev SOCAR-ın əməliyyatlarda enerji səmərəliliyinin artırılması, istehsalın etibarlılığının və təhlükəsizliyinin yüksəldilməsinə önəm verdiyini, bu məqsədlə tətbiq olunan rəqəmsal həllər barədə məlumat verib. İstehsalat sistemləri ilə informasiya texnologiyalarının səmərəli əlaqələndirilməsinin dəqiq və operativ qərarların qəbuluna imkan yaratdığı bildirilib.

Dünya İqtisadi Forumunun Müasir Texnologiyalar və İnnovasiyalar Mərkəzinin Strateji təsir üzrə rəhbəri Manju George dayanıqlı enerji keçidinin təmin olunmasında dövlət-özəl sektor əməkdaşlığının, qlobal platformalarla tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Rəqəmsal sənaye ekosistemlərinin formalaşdırılmasının inklüziv transformasiya üçün əsas şərt olduğunu qeyd edib.

"McKinsey & Company" şirkətinin Şimali Avropa regionu üzrə idarəedici tərəfdaşı Jukka Maksimainen sənayedə enerji keçidində qlobal təcrübəyə əsaslanaraq texnologiyanın tətbiqi ilə yanaşı insan kapitalının inkişafına diqqət çəkib. Aşağı karbonlu və rəqəmsal əsaslı sənaye modellərinə keçid üçün sistemli və mərhələli yanaşmaların vacibliyi barədə məlumat verib.

"Honeywell" şirkətinin Qlobal regionlar üzrə prezidenti və Baş icraçı direktoru Anant Maheşaverinin xərclərin optimallaşdırılması, emissiyaların azaldılması baxımından süni intellekt əsaslı sənaye həllərinin önəmini nəzərə çatdırıb. Nəticələrə əsaslanan qərarların uğurlu transformasiyasında rolunu qeyd edib.

Sessiyanın sonunda Fariz Cəfərov sənaye və enerji sektorlarında süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin Azərbaycanın milli rəqəmsal iqtisadiyyat və enerji keçidi gündəliyi ilə uzlaşdığını vurğulayıb, bu istiqamətdə beynəlxalq əməkdaşlıqların genişləndirilməsinin və qabaqcıl qlobal təcrübələrin ölkəmizdə tətbiqinin uzunmüddətli dayanıqlı inkişaf üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Bu şəxslərə hərbi xidmət dövründə müavinət ödəniləcək 11:43 Azərbaycan Danimarkanı təbrik etdi 11:35 Prezident beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı 11:29 Türk blogerin "Laçın boşalıb" videosundakı təxribata cavab: "Bu qədər adam "Mars"dan gəlib?" 11:24 Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var 11:16 Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq 11:14 NHL tarixində ilk dəfə: finalın ilk iki oyunu rekordla yadda qaldı! 11:13 Milli Məclisin növbədənkənar sessiyası başladı - Nələr müzakirə ediləcək? 11:09 Madrid nəhənginin yeni hədəfi bəlli oldu – Kalafyori! 10:58 Kiyev səhəri partlayışla açdı 10:54 Omana hücum: Neft terminalını göyə uçurdular 10:49 Mourinyo deyil: “Real” üçün sürpriz namizəd Klopp göstərildi! 10:40 Rusiya və İran təşvişdə - İranın Zəngəzur dəhlizinə gücü çatmadı 10:35 20 il eyni yastığa baş qoyub, sonra boşandılar - Azərbaycanda dəhşətli statistika 10:24 Azərbaycan yığması yoxlama oyunları seriyasına başlayır! 10:14 Prezident Azərbaycan minifutbol millisini təbrik etdi 10:06 Qrupun taleyini dəyişə biləcək oyun: Azərbaycan meydana çıxır! 10:02 Polis məmuru oğlunu güllələdi, başında gözlədi - VİDEO 09:55 Azərbaycanlı gimnast Dubayda saxlanıldı – Şeyx şikayət edibmiş 09:49 Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək 09:43 Ukrayna dayanmır – Luqansk alovlar içində qaldı 09:41 Qonşu ölkə tarixi köklərinə qayıtdı - Qurultay sisteminə keçdi 09:45 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ! 09:36 Debatda maraqlı an: Tatoyan "valerian" gətirdi, Paşinyan isə belə cavab verdi - VİDEO 09:21 İş bitdi: Ukrayna Rus cəbhəsini ikiyə bölür - Milyona yaxın əsgər... 09:08 Bütün Xəbərlər