“Formula-1” çempionunun paylaşımı gündəm oldu
Lando Norris sosial şəbəkə hesablarından birində profil təsvirini qısa müddətlik dəyişib.
TodayPress TV xəbər verir ki, McLaren pilotu profil hissəsində “Sən dünya çempionusan - bu səhər güzgü qarşısında özümə dedim” sözlərini yazıb.
Daha sonra britaniyalı pilot əvvəlki təsviri geri qaytararaq profilində yenidən “Formula-1 dünya çempionu” ifadəsini yerləşdirib.
Qeyd edək ki, Lando Norris 2025-ci il mövsümünün yekununda Maks Verstappeni cəmi iki xal qabaqlayaraq “Formula-1” üzrə dünya çempionu olub.
Britaniyalı pilot üçün 2026 mövsümünün başlanğıcı isə sabit keçmir. Norris Avstraliya və Yaponiya mərhələlərində beşinci yeri tutub, Çin Qran-prisinin əsas yarışında isə iştirak edə bilməyib. Bununla yanaşı, o, Mayami Qran-prisinin sprint yarışında qalib gəlib və əsas yarışda ikinci olub. Kanadada isə sprintdə ikinci yeri tutsa da, əsas yarışda 39-cu dövrədə mübarizəni dayandırıb.
Namiq HUN