Qazaxıstan İranın uran ehtiyatlarını qəbul etmək istəyir

Qazaxıstan İranın uran ehtiyatlarını qəbul etmək istəyir
30.05.2026 10:00 Dünya

Qazaxıstan İranla mümkün nüvə razılaşması əldə olunacağı təqdirdə Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazır olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) Baş direktoru Rafael Qrossi "Financial Times" qəzetinə müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, Qazaxıstanda AEBA-nın aşağı zənginləşdirilmiş uran bankı fəaliyyət göstərir və bu səbəbdən İran uranının təhlükəsiz şəkildə saxlanılması üçün uyğun infrastruktur mövcuddur.

AEBA rəhbəri qeyd edib ki, hazırda həm ABŞ, həm də Iran kompromisə hazır görünür və tərəflər razılıq əldə etməyə çalışırlar.

Məlumata görə, İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması Vaşinqton və Tehran arasında mümkün nüvə razılaşmasının əsas müzakirə mövzularından biridir.

Bildirilir ki, məsələ bu həftə Astana şəhərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə keçirilən görüş zamanı da müzakirə olunub. Tokayevin bu məsələdə ölkəsinin açıq mövqe sərgilədiyi qeyd edilir.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
03 IYUN 2026
Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin! 09:15 Bütün Xəbərlər