Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edildi

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edildi
21.10.2025 17:43 Daxili siyasət

Oktyabrın 21-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.

TodayPress TV xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclası açan komitə sədri Əli Hüseynli gündəliyə 8 məsələnin daxil edildiyini deyib. Məlumat verilib ki, gündəliyin ilk 5 məsələsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ali Məhkəməyə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və regional apelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi və vəzifələrinin dəyişdirilməsi ilə bağlı təqdimatlardan ibarətdir.

Daha sonra Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurov Şura tərəfindən son dövrlərdə görülən işlər, eləcə də məhkəmə-hüquq sistemində həyata keçirilən genişmiqyaslı islahatlar barədə məlumat verib. O, bu il Məhkəmə-Hüquq Şurasında Hakimlərin I Forumunun, Şuranın 20 illik yubileyinə həsr olunmuş tədbirin və digər mühüm görüşlərin keçirildiyini qeyd edib.

Bildirilib ki, namizədlikləri irəli sürülmüş hakimlərin peşəkarlığı və iş təcrübəsi nəzərə alınaraq, ümumilikdə, 11 hakimlə bağlı məsələlər müzakirəyə təqdim olunub. Onlardan 2 nəfərin Azərbaycan Respublikası Ali Məhkəməsinə, 5 nəfərin Bakı Apellyasiya Məhkəməsinə, 2 nəfərin Gəncə Apellyasiya Məhkəməsinə təyinatı nəzərdə tutulub. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakimlərinin iş yerlərinin dəyişdirilməsi müzakirəyə təqdim olunan sənəddə öz əksini tapıb.

Sonra komitə sədri ikinci oxunuşda olan gündəliyin növbəti 3 məsələsini - “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında”, “Dövlət qulluğu haqqında” və “Yol hərəkəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, üzvləri Bəhruz Məhərrəmov, Azay Quliyev və Erkin Qədirli çıxış edərək, təqdim olunan qanun layihələri ilə bağlı fikirlərini bölüşüb, təklif və qeydlərini səsləndiriblər.

Onlayn iclasın sonunda təqdim edilən qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitənin sədr müavini Elşən Musayev, üzvləri Sabir Hacıyev, Mübariz Qurbanlı, Nurlan Həsənov, Fəzail İbrahimli, Nizami Səfərov, Kamal Cəfərov və digər rəsmi şəxslər iştirak ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Yollarda şou göstərmək baha başa gəldi: Avtoxuliqan həbs edildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 “Liverpul”un yeni seçimi bəlli oldu - İraola! 10:17 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Bütün Xəbərlər