Tehrandan GÖZLƏNİLMƏZ addım: Hörmüz bağlansa...

Tehrandan GÖZLƏNİLMƏZ addım: Hörmüz bağlansa...
18.02.2026 17:32

İran Hörmüz boğazını hərbi təlimlər və döyüş atışları səbəbilə müvəqqəti bağladığını açıqlayıb. 

Bu, Tehranın beynəlxalq su yolunun bağlanması barədə verdiyi ilk rəsmi bəyanatdır. 

Həmçinin, ABŞ Hərbi Dəniz Qüvvələrinin "P-8A Poseidon" sualtı qayıq əleyhinə patrul təyyarəsi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimlər keçirdiyi Hörmüz boğazı üzərində kəşfiyyat uçuşları həyata keçirib. 


Bəs Hörmüz boğazının bağlanması hansı nəticələrə səbəb ola bilər?

Sözügedən mövzunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu TodayPress TV-yə şərh edib.


O bildirib ki, ABŞ ilə İran arasında davam edən danışıqlar fonunda Birləşmiş Ştatlar bölgəyə əlavə hərbi qüvvələr göndərməklə İrana qarşı təzyiqlərini artırır:  

"Məqsəd danışıqlar masasında maksimum güzəştlər əldə etməkdir. İran da nüvə məsələsi ilə bağlı güzəştlərə hazır olduğunu açıqlasa da, eyni zamanda "qırmızı xətt"lərini bəyan edir və öz şərtlərini irəli sürür. Yəni İran, qarşı tərəfin maksimalist yanaşması ilə razılaşmayacağını bəyan edərək, öz tələblərinin həyata keçməsinə nail olmağa çalışır. İran Ballistik raketlər və proksi qüvvələrlə bağlı ABŞ-nin səsləndirdiyi İsrail hökumətinin tezislərini danışıqlar mövzusundan çıxarmaq, sadəcə nüvə silahı ilə bağlı razılıq əldə etmək və bunun müqabilində sanksiyaların aradan qaldırılmasına nail olmaq istəyir. 

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensinin son açıqlamasında sadəcə nüvə silahı məsələsinə toxunması diqqətçəkəndir. Eyni zamanda ABŞ-nin İranın faydalı qazıntıları ilə bağlı məsələləri də danışıqlar mövzusuna əlavə etməsi maraqlı məqamdır və İran buna da razı ola bilər".

Əli Zülfüqaroğlu qeyd edib ki, Hörmüz boğazı strateji əhəmiyyətə malikdir: 


"Dünya neft ixracatının beşdə biri buradan daşınır. ABŞ-nin neft idxalının yalnız 2 faizi buradan gəlsə də, Hörmüz boğazının bağlanması qlobal neft qiymətlərinin kəskin yüksəlməsinə səbəb olacaq. Bu, ABŞ iqtisadiyyatına mənfi təsir edərək inflyasiyanı artıra bilər. Belə bir vəziyyət isə bu il baş tutacaq aralıq seçkiləri baxımından ABŞ hökumətinin maraqlarına cavab vermir. İran, Hörmüz boğazı ilə bağlı atdığı addımlarla Vaşinqtona məhz bu mesajı verir. Ümumi vəziyyət isə ondan ibarətdir ki, diplomatik təmaslar hazırda hər iki tərəf üçün prioritetdir".  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Bütün Xəbərlər