UEFA Superkubokunu PSJ qazandı
UEFA
14.08.2025 09:10
PSJ klubu 2025-ci ildə növbəti titula sahib çıxıb. Paris təmsilçisi UEFA Superkubokunu başı üzərinə qaldırıb.
TodayPress TV xəbər verir ki, İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda baş tutan matçda Çempionlar Liqasının qalibi PSJ ilə Avropa Liqası kubokunun sahibi “Tottenhem” klubu üz-üzə gəlib.
London təmsilçisi hesabda 2:0 öndə olsa da, parislilər geridönüş edə biliblər – 2:2.
Nəticədə qalib penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan PSJ Avropa Superkubokuna sahib çıxıb.
Qeyd edək ki, Paris təmsilçisi 2024/2025 mövsümünün yekunlarına görə, UEFA Çempionlar Liqası, Fransa çempionu, kuboku və Superkuboku titullarını qazanıb.
PSJ klubu dekabrda növbəti titul uğrunda mübarizə aparacaq. Fransa çempionu Qitələrarası turnirdə Libertadoras kubokunun qalibi ilə qarşılaşacaq.
Namiq HUN
tag: UEFA,Superkubok,PSJ,Qalib,Todaypress.tv,