ÇL: Bolqarıstanda qalib bəlli olmadı
UEFA
07.08.2025 09:10
UEFA Çempionlar Liqasında (ÇL) III təsnifat mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub.
TodayPress TV xəbər verir ki, “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibləri olan “Ludoqorets”lə “Ferentsvaroş” Bolqarıstanda üz-üzə gəliblər. Görüşdə qalib məlum olmayıb - 0:0.
Daha bir maraqlı görüş Niderlandda baş tutub. Rotterdamda “Feyenoord” “Fənərbağça”nı qəbul edib. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.
Çempionlar Liqasının III təsnifat mərhələsinin digər görüşlərində “Kayrat” Qazaxıstanda Slovakiya “Slovan”ından üstün olub - 1:0. Eyni hesab “Zalsburq” (Avstriya) və “Brügge” (Belçika) komandalarının görüşündə qeydə alınıb. Qonağlar minimal hesablı qələbə qazanıb. Serbiyanın “Srvena Zvezda” komandası isə Polşa səfərində “Lex”i 3:1 hesabı ilə məğlub edib.
Namiq HUN
tag: UEFA,ÇL,Oyun,Qalib,Todaypress.tv,