UEFA-dan Rusiya komandaları ilə bağlı açıqlama

UEFA

27.05.2025 11:55

4

UEFA prezidenti Aleksander Çeferin Rusiya yığmalarının, həm böyüklər, həm də gənclər səviyyəsində beynəlxalq turnirlərə mümkün qayıdışı ilə bağlı danışıb.   

TodayPress TV Çeferinin sözlərini Kickerə istinadla yayıb. 

“Əvvəlcə nəzərə almaq lazımdır ki, söhbət uşaqlardan gedir. Əgər onlar sizin ölkənizə və ya mənim ölkəmə gəlsəydilər, digər uşaqlarla qucaqlaşsaydılar, başa düşərdiniz ki, onlar pis insanlar deyillər. İndi onlar elə bilirlər ki, biz onlara, onların millətinə nifrət edirik. Mən heç bir millətə nifrət etmirəm. Bəzi federasiyalar elə böyük siyasi təzyiqlə üzləşdi ki, sadəcə qorxdular. Ancaq təbii ki, böyük yaş qrupu üzrə Rusiya yığmalarına münasibətdə heç nə dəyişməyəcək – ta ki, münaqişə başa çatana qədər. Təəssüf ki, elə bir məhdudiyyət altındayıq ki, hətta uşaqlara belə oynamağa icazə verilmir.” 

Xatırladaq ki, 2022-ci ilin fevralından etibarən FIFA və UEFA-nın qərarı ilə bütün Rusiya komandaları beynəlxalq yarışlardan kənarlaşdırılıb. O vaxtdan bəri Rusiya yalnız yoldaşlıq görüşlərində iştirak edir.   

Namiq HUN

tag: UEFA,Çeferin,Rusiya,Komanda,Todaypress.tv,