Sergey Kiryakov: “Qarabağ” güclüdür, amma pley-off şansı yoxdur”

UEFA

20.09.2025 12:05

Rusiyalı məşqçi Sergey Kiryakov cari mövsüm UEFA Çempionlar Liqasında “Kayrat” və “Qarabağ”ın perspektivlərini dəyərləndirib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Çempionat” nəşri məlumat yayıb. 

O, hər iki komandanın Liqa mərhələsinin ilk oyunları barədə danışarkən “Kayrat”ın “Sportinq”ə 1:4 hesabı ilə uduzduğunu, “Qarabağ”ın isə “Benfika”ya qarşı 0:2 geridən gələrək 3:2 hesablı sensasiyalı qələbə qazandığını deyib. 

“Əlbəttə, “Qarabağ”ın “Benfika” üzərindəki qələbəsindən sonra “Kayrat”dan möcüzə gözləmək lazım deyildi. İndi məncə, “Qarabağ”a daha ciddi yanaşacaqlar, Azərbaycan komandası üçün oynamaq daha çətin olacaq. “Qarabağ” “Kayrat”dan güclüdür, lakin hər iki klubun pley-offa çıxmaq şansı yoxdur”, – deyə Kiryakov bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Kayrat” Almatıda “Real Madrid”lə, “Qarabağ” isə Bakıda “Kopenhagen”lə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

tag: Sergey Kiryakov,Qarabağ,UEFA,Şans,Todaypress.tv,