Qurban Qurbanov: “Kopenhagen” ciddi rəqibdir”

UEFA

30.09.2025 14:04

"Qarabağın böyük turnirdə iştirak etməsi sevindirici haldır".

TodayPress TV xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

O, Bakıda “Kopenhagen”ə qarşı keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Bu matça məsuliyyətli yanaşırıq. Yaxşı komandaya qarşı oynayacağıq. “Kopenhagen” ciddi rəqibdir. Futbol idmanın şahıdır. Buradakı qələbələr illər boyu danışılır. Xüsusilə də, böyük nailiyyətlər. İlk olaraq bunu düşünürəm. Bunu düşünərək də, futbolçulara deyirəm ki, bu fikirlərlə meydana çıxaq. Belə hallarda məsuliyyət daha da çoxalır”.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: Qurban Qurbanov,UEFA,Kopenhagen,Rəqib,Todaypress.tv,