"Qarabağ"ın əsas mərhələdə ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib

UEFA

31.08.2025 12:30

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını hansı stadionda keçirəcəyi dəqiqləşib.

TodayPress TV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Artıq Avropa futbol qurumunun saytında Azərbaycan çempionunun ev matçlarının yeri mərkəzi arena olaraq göstərilib.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev AZƏRTAC-a açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində 8 oyuna çıxacaq. Matçların 4-ü evdə, 4-ü səfərdə olacaq. Ağdam təmsilçisi əsas mərhələyə sentyabrın 16-da Portuqaliyada "Benfika"ya qarşı görüşlə start verəcək. İlk ev qarşılaşması isə oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı olacaq.

tag: Çempionlar Liqası,Ağdam , Tofiq Bəhramov adına Respublika Stadionu,UEFA,Todaypress.tv,