Qurban Qurbanov: “Meydanda bacardığımızı etməyə çalışacağıq”

UEFA

26.08.2025 13:59

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” komandasına qarşı keçirəcəkləri cavab matçından öncə mətbuat konfransına çıxıb. 

TodayPress TV xəbər verir ki, rəqibin çox təhlükəli olduğunu söyləyən təcrübəli mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:

“Bizim üçün vacib oyundur. İlk oyundakı nəticə üstünlüyümüzü göstərir. Meydanda soyuqqanlı olmalıyıq. Yaxşı nəticələrimiz oyun üslubuna görə olub. Daha çox topa sahib olmaq istəyirik. Futbolu həm azarkeşlər, həm də nəticə üçün oynayırıq. Vurulan qollar vacibdir. Həm qol vurmağa, həm də nəticə qazanmağa çalışacağıq. Futbolçular psixoloji cəhətdən hazır olmalıdırlar. Oyundankənar fikirlərə önəm versək, bu, bizə mane olacaq. Futbolçulara inamım var”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də, saat 20:45-də start götürəcək.

Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Azərbaycan çempionu 3:1 hesablı qələbə qazanıb.

Namiq HUN

tag: Qurban Qurbanov, Matç,Futbol,Qarabağ,Todaypress.tv,