ÇL: “Qarabağ”dan yeni rekord
UEFA
18.09.2025 11:06
“Qarabağ” klubu “Benfika” üzərində (3:2) qələbə qazanmaqla UEFA Çempionlar Liqasında yeni rekord müəyyən edib.
TodayPress TV Sportnet.az saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu Çempionlar Liqasında ardıcıl 4-cü səfər oyununda qələbə qazanan yeganə komandadır.
Ağdam təmsilçisi cari mövsüm II təsnifat mərhələsində İrlandiya “Şelburn”unu (səfərdə 3:0, evdə 1:0), növbəti mərhələdə Şimali Makedoniya “Şkendiya”sını (səfərdə 1:0, evdə 5:1), pley-offda Macarıstan “Ferentsvaroş”unu (səfərdə 3:1, evdə 2:3) üstələyib. Liqa mərhələsinin ilk turunda isə “Benfika” ilə görüşdə dördüncü səfər qələbəsi qeydə alınıb.
“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində növbəti səfər oyununu oktyabrın 22-də İspaniyada “Atletik Bilbao” komandasına qarşı keçirəcək.
Namiq HUN
tag: UEFA,ÇL,Qarabağ,Rekord,Todaypress.tv,
