Fransa Qəzzaya havadan humanitar yardım göndərəcək

UEFA

29.07.2025 16:20

Fransa yaxın günlərdə Qəzza zolağına humanitar yardımı havadan buraxmağa başlayacaq. Məqsəd bölgədəki mülki əhalinin ən təcili ehtiyaclarını qarşılamaqdır.

TodayPress TV xəbər verir ki, bu barədə "Agence France-Presse" diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, əməliyyat zamanı əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün ehtiyat tədbirləri görüləcək. Bununla belə, Fransa quru yolları ilə yardımın çatdırılmasının hələ də zəruri olduğunu vurğulayıb. Diplomatik mənbəyə görə, Fransa torpaq yolu ilə yardım çatdırılması üzərində də işləyir, çünki bu, genişmiqyaslı və maneəsiz humanitar yardım üçün daha səmərəli yoldur.

Qeyd edək ki, 2 mart 2025-ci ildən bəri Qəzzaya heç bir beynəlxalq humanitar yardım daxil olmayıb. İsrail bütün keçidləri bağlayıb və yardımı yalnız ABŞ tərəfindən idarə olunan Qəzza Humanitar Fondu (GHF) vasitəsilə paylayır. 

Türkan İsgəndərli

tag: Fransa,Qəzza,Yardım,Humanitar,Todaypress.tv,