ÇL: “Qarabağ” ilk turu 10-cu yerdə başa vurdu
UEFA
19.09.2025 10:13
UEFA Çempionlar Liqasının Liqa mərhələsində I turdan sonra komandaların turnir cədvəlindəki mövqeyi müəyyənləşib.
TodayPress TV xəbər verir ki, Liqa mərhələsinin 36 komandasından 14-ü turu qələbə ilə başa vurub.
Sentyabrın 16-da səfərdə “Benfika” üzərində 3:2 hesablı qələbə qazanan “Qarabağ” hazırda 3 xalla 10-cudur. “Köhlən atlar” Avropanın ilk turdan qalibiyyətlə ayrılan “Liverpul”, “Barselona”, “Real Madrid” və “Tottenhem” klublarını üstələyir.
“Qarabağ” yalnız top fərqinə görə “Ayntraxt”, PSJ, “Brügge”, “Sportinq”, “Royal Union”, “Bavariya”, “Arsenal” “İnter” və “Mançester Siti”dən geri qalır.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” kubu ilə qarşılaşacaq. Rəqib ilk turda evdə “Bayer 04” klubu ilə (2:2) heç-heçə edib.
Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç saat 20:45-də start götürəcək.
Namiq HUN
tag: UEFA,Qarabağ,Turnir,Cədvəl,Todaypress.tv,
