Regional “orta güc”: “Azərbaycan TDT-nin inkişafına sadiqdir”

Təhlil

27.08.2025 18:24

“Azərbaycan türk dövlətləri arasındakı strateji əməkdaşlıq və inteqrasiyanın güclənməsinə xüsusi töhfə verən dövlətdir”.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O dövlət başçısında sitat gətirərək bildirib ki, Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub:

"Son illər həm türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də milli iqtisadiyyatlarının sürətli inkişafı qeydə alınıb. Belə ki, 2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 faiz böyüyüb. Bu, 3,2 faizlik qlobal iqtisadi artımı xeyli dərəcədə üstəliyir. Türk dövlətləri 2,11 trilyon dollar dəyərində ümumi daxili məhsul (ÜDM) ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya sahibdir. 2024-cü ildə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da qlobal ticarət dövriyyəsinin 3,5 faizi deməkdir".

Parlamentari vurğulayıb ki, yeni dünya düzəninin formalaşması mərhəsləsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çoxvektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb.

"Mövcud iqtisadi potensialı ilə Türk dünyası regional gücə çevrilərək qlobal məsələlərə töhfə verə bilir. Bu, Azərbaycan daxil olmaqla, Türk dövlətlərinin geosiyasi mövqeyini daha da gücləndirir", - deyə V.Bayramov yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Türk Dövlətləri Təşkilatının hazırda böyük potensiala malik olduğunu bildirib:

"Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub. Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib. O, böyük potensiala malikdir".

Qiymət Mahir

tag: Vüqar Bayramov,Deputat,Azərbaycan,TDT,Todaypress.tv,

photo